Slimfit
  1. CƏMİYYƏT

Rabitəbank Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

Rabitəbank Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı
Sakura

Rabitəbank Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

Rabitəbank Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb.

Trend-in məlumatına görə, Rabitəbank ASC, koronavirusun (Covid-19) yayılmasının qarşısının alınması ilə mübarizə istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə qoşularaq həyata keçirilən tədbirlərin dəstəklənməsi üçün, cari ilin 19 mart tarixində yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150.000 manat məbləğində ianə köçürüb.

Müstəqil Azərbaycanın ilk kommersiya banklarından biri olan Rabitəbank, daima sosial korporativ məsuliyyət anlayışına riayət edərək, ölkənin dayanıqlı inkişafına öz töhvəsini verməkdədir. Rabitəbank koronavirusla mübarizəyə dəstək olmaqla, hər bir vətəndaşımızı dövlətin elan etdiyi karantin qaydalarına və bu istiqamətdə həyata keçirdiyi tədbirlərə riayət etməyə çağırır.

 

Rabitəbank, 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil tətbiqi və İnternet Bankinq, RabitəBot adlı çatbotu, 133 nömrəli məlumat mərkəzi ilə müştərilərin xidmətindədir

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR