Slimfit
  1. MARAQLI

Quyudan 900 il əvvələ aid qızıl pullar tapılıb

Quyudan 900 il əvvələ aid qızıl pullar tapılıb
Sakura

Arxeoloqlar İsraildə qədim liman şəhəri - Kesariyada 900 il əvvələ aid olduğu güman edilən qızıl sikkə…

Arxeoloqlar İsraildə qədim liman şəhəri - Kesariyada 900 il əvvələ aid olduğu güman edilən qızıl sikkə kolleksiyası aşkar edib.

Nadir tapıntı qızıl sırğanın bir tayı ilə birgə quyunun yanında daşların arasında bürünc qablarda tapılıb.

Görünür ki, bu 24 sikkənin sahibi onları ələ keçməməsi üçün gizlədib, amma özü bir daha geri qayıtmayıb.

Arxeoloqlar bildirirlər ki, güman ki, sikkələrin sahibi 1101-ci ildə Səlib yürüşləri zamanı qətliamda öldürülüb.

Əşyalar Kesariya Dünya İrsi ərazisində aparılan qazıntı və konservasiya layihəsi zamanı tapılıb.

Sikkələr Dünya İrsi ərazisindəki bir quyuda iki daşın arasında tapılıb

"Tapıntı Kesariya tarixində ən dramatik hadisələrin - şəhərin Səlibçilər tərəfindən zorakı fəthinin səssiz nümunəsidir", İsrail Tarixi Abidələr Qurumundan arxeoloqlar bildirib.

Onların sözlərinə görə, yazılı mənbələrə görə, şəhərin sakinlərinin əksəriyyəti 1100-1118-ci illər arasında Yerusəlim Səlib krallığına başçılıq edən I Baldvin ordusu tərəfindən qətlə yetirilib.

"Buna görə də xəzinənin sahibinin və onun ailəsinin qətliamda öldüyünü və ya köləliyə satıldığını güman etmək ağlabatandır," qazıntı direktorları Dr. Piter Gendelman və Məhəmməd Hatar bildirib.

Sikkələrin 11-ci əsrə aid olduğu güman edilir
 
Mənbə: BBC.com
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR