Slimfit
  1. SİYASƏT

Quttereş Azərbaycan və Ermənistana çağırış edib

Quttereş Azərbaycan və Ermənistana çağırış edib
Sakura

Quttereş Azərbaycan və Ermənistana çağırış edib

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün bütün qalan ikitərəfli məsələləri həll etməyə çağırır.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,bu barədə təşkilat rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.

“Baş katib Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini yaxından izləyir. Tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam normallaşması üçün bütün həll edilməmiş ikitərəfli məsələləri həll etməyə çağırır”, - Düjarrik bildirib.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR