Quterreş: Dünyanı yenidən nüvə müharibəsinin kölgəsi bürüyüb
Bəzi ölkələr nüvə silahından istifadə ehtimalı ilə hədələdiyindən, nüvə müharibəsinin kölgəsi dünyanı yenidən bürüyüb.
Ens.Az APA-ya istinadən bildirir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin Yaponiyada ABŞ-ın Xirosimaya atom bombası atmasının 78-ci ildönümünə həsr olunmuş anım tədbiri ilə bağlı müraciətində qeyd olunub.
"Nüvə müharibəsinin təbilləri yenidən çalınır. Etibarsızlıq və fikir ayrılıqları güclənir. Soyuq Müharibə illərində dünya başı üstünü almış nüvə kölgəsi yenidən üzə çıxıb və bəzi ölkələr yenidən ehtiyatsızlıqdan nüvə qılıncını cingildəyir, bu məhvetmə vasitəsindən istifadə etməklə hədələyir", - deyən baş katib bütün ölkələri bir daha nüvə silahından tam imtina etməyə çağırıb. Bildirib ki, nüvə tərksilahı BMT-nin əsas məqsədlərindən biridir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət