Dərc edildi: Baxış sayı: 426
Quterreş: Dünya Qiyamətə doğru gedir
BMT Baş katibi Antonio Quterreş dünyanın “Qiyamətin dörd atlısına” tərəf getdiyini bildirib.
Axar.az xəbər verir ki, bunu Quterreş BMT Baş Assambleyasında çıxışı zamanı deyib. O, bu amilər sırasına geostrateji gərginliyin, nüvə təhdidi və iqlim böhranının, qlobal etimadın yoxluğunun, rəqəmsal dünyanın qaranlıq tərəfinin daxil olduğunu bildirib.
Quterreş insanların qloballaşmaya, siyasi müəssisələrə inamını itirdiyini deyib.
O, insanların yeni texnologiyalardan cinayətlərə yol vermək, nifrətin alovlanması, yalan məlumatın yayılması üçün istifadə etdiklərini söyləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət