Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Quşüzümünün orqanizmə 10 faydası – Ürək, böyrəklər, beyin və sinirlər

Quşüzümünün orqanizmə 10 faydası – Ürək, böyrəklər, beyin və sinirlər
Sakura

Quşüzümünün orqanizmə 10 faydası – Ürək, böyrəklər, beyin və sinirlər

Quşüzümü artıq bazarlarda mövsümü olan giləmeyvədir. Tərkibində C, E, PP vitaminləri, flavonoidlər, kversetin, kalium, kalsium, dəmirlə zəngindir.
 
Medicina.az bu maraqlı giləmeyvənin orqanizmimizə 10 əsas faydasını təqdim edir. Hansı xəstəliyi olanlar quşüzümünün özünü, kompotunu, qurusunu və mürəbbəsini daha çox istifadə etməlidir?
 
1.Oynaqlarda iltihabı götürür, revmatizm, artrit, artroz – tərkibində olan kversetin oynaqlarda iltihablaşmanı aradan qaldırır, azaldır və hərəkətliliyi artırır.
 
2.Ürək –damar xəstəliklərində - triqliseridlərin səviyyəsini azaldır, ürək əzələsini rahatladır, damarları təmizləyir, qan dövranını yaxşılaşdırır. Bununla da insult-infarkt riskini azaldır.
 
3.Şəkərli diabet – qanda qlükozanın səviyyəsini endirir, hüceyrələri canlı saxlayır, diabetin digər orqanlara, damarlara zərbəsini azaldır
 
4.Qaraciyər yağlanmasında – qaraciyərdə piy, yağ toplanmasına, alkoqol mənşəli olmayan qaraciyər xəstəliklərinə qarşıdır
 
5.Beyin hüceyrələrini  qoruyur – quşüzümü beyin üçün antioksidantdır. Beynin işləməsini təmin edir, yaddaşı, diqqəti gücləndirir. Qocalıq demensiyası, huşsuzluq, Alsgeymer xəstəliyinə qarşıdır
 
6.Gözləri sağlamlaşdırır – torlu qişanın sərbəst radikallardan zədələnməsinin qarşısını alır, göz yorğunluğunu götürür
 
7.Bağırsaqları sağlamlaşdırır – qəbizlik, diareya, köpə qarşıdır.  Faydalı bağırsaq bakteriylarını artırır
 
8.Böyrəklərin iltihabına qarşı – Böyrək və sidik yollarında infeksiyaları öldürür, daş, qum, kristalı tökür, iltihabı aradan qaldırır. Sidik kisəsi sistitində əvəzsizdir. Təbii sidikqovucudur
 
9.Kişilərdə cinsi zəiflik – impotensiyaya qarşıdır
 
10. Süd vəzi, bağırsaq və uşaqlıq xərçənginə qarşı – tərkibindəki zülal və birləşmələe bu orqanlarda xərçəng hüceyrələrinin inkişafını azaldır, şişlərin böyüməsinə qarşıdır
 
Hamilələr də qəbul edə bilər, çox faydalıdır.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR