Slimfit
  1. TƏBİƏT

Quşlar və neft

Quşlar və neft
Sakura

Quşlar və neft

Ekoloji fəlakətlər nəticəsində yaranan ən ürək ağrıdan görüntülərdən biri dənizin üzərindəki neft qatı və quşların neftə bulaşmasıdır. Həqiqətən tanker və neft hasilatı platformalarındakı qəzalar zamanı dənizə böyük həcmdə neft dağılır, lakin elə düşünmək lazım deyil ki, bu az olanda quşlaq üçün asan olur.

Qərbi Ontario Universitetinin tədqiqatçıları Journal of Experimental Biology-də olan məqalələrində yazırlar ki, hətta quşların qanad və quyruqlarının sonluqlarına belə neftin düşməsi ciddi problemlərin yaranmasına səbəb olur. Problem təkcə zəhərlənmədə deyil, neft tükləri xarab edir – tük və lələklər öz strukturunu itirir. Araşdırma müəllifləri xırda dəniz onurğasızları ilə qidalanan və dəniz sahillərində yaşayan xırda cüllütlərlə sınaq keçiriblər. Qum cüllütlərini aerodinamik boruya buraxıblar, burada quşlar iki saat vaxt keçiriblər. Sonra onları çıxarıb maqnit-rezonans skaneri vasitəsilə piylənməni ölçüblər. Quşların piylənmə səviyyəsini borudakı uçuşdan əvvəl və sonra ölçərək onların nə qədər güc sərf etdiklərini anlamaq asan oldu.

Məlum oldu ki, əgər quşların ancaq qanad və quyruqlarının sonluqları neftə bulaşıbsa, onda uçuş üçün 22% daha çox enerji sərf olunurdu. Əgər neft yan tərəf və qarın hissədə var idisə bu sərfiyyat 45%-ə çatırdı. Neftə bulaşmış quşlar daha tez-tez qanadlarını hərəkət etdirərək yerə enmək istəyirdilər, başqa sözlə desək neft daha çox güc sərf etməyə məcbur edirdi və bu zaman qum cüllütləri tez bir zamanda yorulurdular.

Əgər quş tez yorulursa, istirahət etmək və güc toplamaq üçün tez-tez enirsə deməli köç zamanı uçuşa daha çox vaxtı gedəcək. Yəni köç gecikmə ilə yekunlaşacaq, bunun nəticəsində isə yuva qurmaq, balalamaq və s. müddətləri də uzanacaq. Balalar vaxtında çıxmayanda isə onların sağ qalma şansı azalır.

Beləliklə, hətta kiçik neft gölməçəsi belə quşların populyasiyasına ağır zərbə ola bilər və əgər biz dəniz ekologiyasını qorumaq istəyiriksə təkcə böyük neft tullantıları ilə deyil, həcmindən asılı olmayaraq istənilən həcmdə olan tullantılarla işləməliyik.

 Faktlar

Pirallahi adası, Səngaçal körfəzi, Abşeron gölləri

N.K. Vereşaqinın məlumatına görə, 1945 -ji ildə Pirallaxi adasından Abşerona gedən neft kəmərindən dənizə tökülən neft ləkəsi bir neçə həftə ərzində Səngəçal körfəzinə çatıb. Burada və Pirallaxi adasının ətrafında bu daşqın nəticəsində 35 mindən çox su quşu (ördəklər və qaşqaladağlar) məhv olmuşdur. Quşların neft daşqını nəticəsində Abşeronun göllərində (Daşaqıl gölü; Tuayev, Vasilyev,1972; Sultanov, 1991) məlumatlar var.

Bakı arxpelaqının adaları və Ələt buxtası

Dənizdə müntəzəm baş verən neft daşqınları quşların kütləvi toplantıları üçün xüsusi ilə də köç və qışlama dövrü ciddi təhlükə yaradır. Yuvalama dövrü əsas narahatedici faktor sahilə yaxın sakinlərin yuvalama düşərgələrindən yumurta yığması faktıdır. Sahilə yaxın olan Gil, Babur və s. adalar insanın tə*sirinə daha çox mə*ruz qalırlar. Xara-Zirə və Səngi-Muğan adalarında insan olduğundan əvvəllər burada rast gəlinən iri yuvalama düşərgələrindən əsər - əlamət qalmayıb.

Sahə daimi neftlə çirklənmə təhlükəsi altındadır. Onlarala dəniz neft platforması, uzunluğu 35 km olan nəhəng Səngəçal neft estakadası neft sənayesinə xidmət edir. Gəmilərin intensiv hərəkəti, sualtı boru kəmərləri burada müntəzəm baş verən neft daşqınlarının potensial mənbələridir. Belə ki, 1998-ji ilin aprel ayında Gil adası ətrafında su-bataqlıq quşlarının (qaşqaldaq - 90%, böyük qarabatdaq, qırmızıbaş dalğıj, yaşılbaş, fitçi cürə, gümüşü qağayı) neft çirklənməsindən tələfi nəticəsində bizim qiymətləndirmələrimizə görə 30 000-ə qədər quş tələf olmuşdur (Sultanov və b., 1998; Sultanov, 1998). 1999-ju ilin iyun ayında Daşlar qrupuna aid 3 adada (Ələt burnu yaxındığında) və Zənbil adasında neftdən tələf olmuş 100 quş, 7 suiti cəsədi və 2 nərə balıqı tapılmışdır. Daşlar adasının 70-80 % neftlə örtülü idi. 40 gündən sonra Zənbil adası və kiçik daşlar adalarından birinin təkrar müayinəsi göstərdi ki, ərazinin artıq yalnız 20% -ində çirklənmənin izi, 25 quş cəsədinin isə əksərində neftlə bulaşmanın izləri qalmışdır.

Adı çəkilən ərazidə neft daşqınları hallarında quşların xilasına dair ölçülərin işlənməsi vacib olduğundan, burada intensiv ekoloji monitorinq aparılmasına ehtiyac var.

Hacıqabul gölü

Gölün yaxınlığından keçən tək Qərb Neft Kəməri deyil, lokal əhəmiyyətli neft kəmərləri də var. Gölün təqribən 100 metrliyində əmələ gəlmiş neft gölməçəsi (diametri 10-12 m) quş və heyvanlar üçün təhlükə mənbəyidir. Müntəzəm müşahidələr ora tülkü, müxtəlif həşərat, kirpilərin (bütöv ailə) və quşların düşüb tələf olmasını təsdiq edir. 1999-cu ilin fevralında gölməçədə ölmüş gümüşü qağayı, noyabr-oktyabrda isə 10-dan az olmayaraq ölü quş müşahidə etdik. Demək olar ki, hər həftə gölməçəyə 1-2 yeni quş düşüb tələf olurdu. Onların növünü təyin edə bilməsək də, ən irisinin vağ, xırdasının isə cüllüt və qağayı böyüklükdə olmalarını ayırd etmək olur.

Bundan əlavə gölün 200-300 metrliyində (cənub tərəfə) olan neft buruqlarının ətrafında neft gölməçələri əmələ gəlmişdir. Hazırda orada ölmüş quş və digər heyvana rast gəlmədik. Ancaq neft istehsalı dayandıqdan və narahatçılıq amilləri (nəqliyyatın hərəkəti, fəhlə və işləyən mexanizmlərin səsi və s.) aradan qalxdığı zaman bu gölməçələrdə quş və heyvanlar üçün təhlükə mənbəyinə çevriləcəyini proqnozlaşdırmaq olar.

Ətrafdakı dayazlıqların və balıqçılıq göllərinin quruması ciddi təhlükə mənbələrindən biridir. Çünki avqust ayında quruma o səviyyəyə çatır ki, qamış tədarük edən yerli əhali göllərin quru dibi ilə sərbəst hərəkət edir. Kürdən suyun verilməməsi nəticəsində yaranan quraqlıq, su biosenozların məhvinə səbəb olur. Hətta payız yağışları nəticəsində göllərin su ilə dolması bu biosenozların bərpasına imkan vermir. Çünki, tək balıq və su orqanizmləri deyil, eləcədə quşların yuvalaması və qidalanması üçün yay aylarında lazım olan botoplar (qamışlıqlar) məhv olur.

Göl sistemi Bozqobu - Şerbetqobu

"Muradxanlı" neft yataqlarından neftin çıxarılması ilə əlaqədər suyu neftlə çirklənmiş gölün əmələ gəlməsinə və uyğun olaraq su-bataqlıq quşlarının həyatı üçün təhlükəyə səbəb olur. Çox vaxt neft ilə çirklənmiş quşlara rast gəlmək olar. (bax Azərbaycanın potensial Ramsar sahələri, Bakı, 2000, Vetlands internəşnl, 152 s.).

Quşlar və neft platformaları.

Neft işlərinin müsbət təsiri kimi qağayı, sterna və qarbattaq kimi quşlarının yuva biotoplarının artmasını göstərmək olar. Belə ki, onlar yuvalamaq üçün dənizdə yerləşən köhnə, istifadədə olmayan neft platformalarını istifadə edirlər. Qağayı və sternalar onların yastı taxta hissələrində, qarabattaqlar isə ajur dəmir konstuksiyalarında yuva qururlar (bax: Azərbaycanın potensial Ramsar sahələri, Bakı, 2000, Vetlands İnternəşnl, 152 s.; Musayev, Sultanov, 1999; Sultanov, 2000 (bax "Su-bataqlıq quşlarına aid ədəbiyyat").

Müəllif: Famil Ələkbərov

İstinad: Aos.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR