Slimfit
  1. TƏBİƏT

Quşlar

Quşlar
Sakura

Quşlar — onurğalılar yarımtipinə aid heyvan sinfi.

Haqqında

Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9800-dən artıq növü yaşayır. Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur.

Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar. Bəzi quşlarda bir ədəd büzdüm vəzisi olur. Onlarda çənələr dimdiyə çevrilmiş və dişlər reduksiyaya uğramışdır. Ön ətrafları qanadlara çevrilmişdir. Borulu sümüklərin içərisi hava ilə dolmuş və yüngülləşmişdir. Quşlarda dişlər və sidik kisəsi yoxdur.

Təsnifatı

1) Tilsizlər (Paleognathae) yarımsinfi (lat. Paleognathae yun. παλαιός — "qədim", γνάθος — "çənə") — müasir quşların dəstəüstü. Bura 57 növü əhatə edən 5 dəstə daxildir:

  • Kazuarkimilər (Casuariiformes)
  • Kivilər (Apterygiformes)
  • Nandukimilər (Rheiformes)
  • Dəvəquşukimilər (Struthioniformes)
  • Gizliquyruqlular (Tinamiformes)

2) Neognathae yarımsinfi

  • Fırtınaquşukimilər (Procellariiformes)
  • Qaqarkimilər (Gaviiformes)
  • Leyləkkimilər və ya Caydaqlar (Ciconiiformes)
  • Göyərçinkimilər (Columbiformes)
  • Qazkimilər (Anseriformes)
  • Sərçəkimilər (Passeriformes)
  • Ağacdələnkimilər (Piciformes)
  • Durnakimilər (Gruiformes)
  • Keçisağankimilər (Caprimulgiformes)
  • Kolibrikimilər (Trochiliformes) ?
  • Quququşukimilər (Cuculiformes)
  • Toyuqkimilər (Galliformes)
  • Qutankimilər (Pelicaniformes)
  • Pinqvinkimilər (Sphenisciformes)
  • Maygülükimilər (Podicipediformes)
  • Tutuquşukimilər (Psittaciformes)
  • Bayquşkimilər (Strigiformes)
  • Siçanaoxşar quşlar (Coliiformes)
  • Rakşikimilər (Coraciiformes) -
  • (Göycəqarğakimilər dəstəüstü)
  • Çovdarçıkimilər (Charadriiformes
  • Bağrıqarakimilər (Pteroclidiformes)
  • Qızılquşkimilər (Falconiformes)
  • Uzunqanadkimilər (Apodiformes)
  • Troqonkimilər (Trogoniformes)
  • Turakokimilər (Musophagiformes
  • Qızılqazkimilər (Phoenicopteriformes)

 

Quş tüklərindəki incə yaradılış

Bir çox insan yerdə gördüyü və ya havada uçarkən tutduğu bir quş tükünü nəzərdən keçirmişdir. Tükdəki simmetrik quruluşu, altdakı tüklərin daha incə quruluşa malik olduğunu, tüklərin bir-birinə keçmiş görüntüsünü görmüş və bəlkə də təəccüblənmişdir. Bu şəxs əgər bir quş tükünü mikroskop altında nəzərdən keçirsəydi, qarşılaşacağı qeyri-adi dizayn qarşısında təəccübü daha da artardı.

Tüklərin ortasında hamımıza məlum olan uzun və bərk boru var. Bu borunun hər iki tərəfindən yüzlərlə tük çıxır. Boyları və yumşaqlıqları fərqli olan bu tüklər quşa uçuş üçün havadan ən əlverişli şəkildə istifadə etmə xüsusiyyəti qazandırır. Ancaq bir az da dərindən nəzərdən keçirsək, daha da maraqlı formalarla qarşılaşarıq. Tüklərin hər birinin üzərində "tükcük" deyilən və gözlə görünməyəcək qədər kiçik olan tüklər var. Bu qarmaqlar sayəsində hər tükcük bir-birinə sanki bir zəncirbənd kimi yapışır.

Durnanın tüklərinin təkcə birinin üzərində tük borusunun hər iki tərəfində uzanan 650 ədəd incə tük var. Bunların hər birində isə 600 ədəd qarşılıqlı tükcük var. Bu tükcüklərin hər biri isə 390 dənə qarmaqla bir-birinə bağlanır. Qarmaqlar bir zəncirbəndin iki tərəfi kimi bir-birinə keçmişdir. Qarmaqlarla ilişmiş bu tükcüklər o qədər bitişikdir ki, tüstü üfürüldükdə belə aralarından keçmir. Qarmaqlar hər hansı şəkildə bir-birindən ayrılsa, quşun bir dəfə silkələnməsi və ya daha ağır hallarda dimdiyi ilə tüklərini düzəltməsi tüklərin əvvəlki halına düşməsi üçün kifayətdir. Quş tükünün bu quruluşu uçuş üçün son dərəcə vacibdir; qanadların havanı keçirməməsi sayəsində quş uça bilir.

Quş tüklərindəki bu incə dizaynla yanaşı zəngin rəng müxtəlifliyi də olduqca diqqətçəkəndir. Bu müxtəliflik tüklərin içərisində yerləşən və tükün ilk əmələgəlməsi əsasında toplanan piqmentlərlə və ya işıq hərəkətləri ilə əlaqədar meydana gəlir. Keratin maddəsindən meydana gələn tüklər ətraf mühit şərtləri səbəbindən qısa müddətdə köhnəldiyi üçün müəyyən fasilələrlə təzələnir. Amma quş hər dəfə rəngarəng tüklərinə yenidən qovuşur. Çünki quşların tükləri lazımi uzunluğu, quş növünün rəng və naxış xüsusiyyətlərini tam əldə edənə qədər inkişaf edir.

Quş tüklərindəki saysız-hesabsız rəng və naxış müxtəlifliyi ilə birgə qanadlardakı incə quruluşlar da yaradılışdakı üstün sənəti və elmi bizə göstərən dəlillərdəndir.

 

Təbiətdəki toxucular

Toxucu quş əvvəlcə istifadə edəcəyi materialı toplayır. Ya yaşıl və təzə yarpaqlardan özünə incə uzun zolaqlar kəsir, ya da yarpaqların orta damarlarından istifadə edirlər. Xüsusilə təzə yarpaqları seçməsinin isə, əlbəttə, səbəbi var. Quru yarpaqları hörmək çox çətindir, ancaq təzə yarpaq liflərini hörmək çox asandır. Quş əvvəlcə haça budağa bir yarpaqdan qopardığı uzun lifin ucunu sarıyaraq işə başlayır. Bir ayağı ilə lifin ucunu budağın üstündə tutur, digər ucunu dimdiyi ilə hörür. Liflərin açılmasının qarşısını almaq üçün onları düyünləyib biri-birilərinə bağlayırlar. Əvvəlcə bir çənbər əmələ gətirirlər, bu, yuvanın girişidir. Daha sonra isə dimdiyindən məkik kimi istifadə edərək yarpaq liflərini digər liflərin üzərindən və altından sıra ilə keçirir. Toxuma prosesi əsnasında hər lifin nə qədər çəkilməsi lazım olduğunu da hesablayır. Çünki əgər toxuma boş olsa, yuva çökər. Bundan başqa, yuvanın son halını zehnində canlandırmalıdır ki, divarların nə vaxt qövsvari formaya salacağına və ya çölə doğru çıxıntı verəcəyinə qərar versin.

Girişi toxuduqdan sonra yuvanın divarlarını toxumağa başlayır. Bunun üçün başıaşağı dayanır və içəridən işləməyə davam edir. Dimdiyi ilə bir lifi digərinin altına soxur və sonra həssas şəkildə çöldə qalan ucunu tutur və tarım çəkir. Beləliklə, son dərəcə müntəzəm toxuma əmələ gətirir.

Göründüyü kimi, toxucu quş yuvasını qurarkən daima bir neçə mərhələ sonrasını hesablayaraq hərəkət edir. Əvvəlcə yuvası üçün ən uyğun materialı toplayır, yuvanı toxumağa təsadüfi yerdən başlamır. Əvvəlcə girişi toxuyur, oradan divarlara davam edir.

 

Quşlar haqqında maraqlı faktlar

  • Ən qədim quş 150 milyon il bundan əvvəl yaşamış Arxeopteriks hesab edilir. Onun ölçüləri qarğanın ölçülərinə yaxın olmuşdur, lələkləri və qanadları olmuşdur.
  • Bir toyuq yumurtasında 9 sarının olması indiyə qədər bircə dəfə müşahidə olunmuşdur.
  • Dəvəquşunun yumurtasının tam bişməsi üçün onu 2 saat qaynatmaq lazımdır.
  • Kral Albatross yumurtalarının ştrixlənməsi 79 gün çəkir.
  • Dünyada ən kiçik yumurta Kalibra quşuna, ən böyük yumurta isə Dəvəquşuna məxsusdur.
  • İndi nəsli kəsilmiş Madaqaskar fil quşu 27 funt ağırlığında yumurta qoyurmuş.
  • Bir görüşə görə quş sürülərinin V şəklində uçmalarının məqsədi enerji qənaətidir. Bu uçuş şəkli ilə əvvəlcə ən öndəki quş, bir arxadakı quşa gələcək küləyi və hava müqavimətini maneələri az olar və daha az enerji sərf etməsini təmin edər. İkinci bir görüşə görə isə, quşların gözləri başlarının yanındadır, bu səbəbdən tam önlərini görə bilməzlər. Bu uçuş şəkli ilə sürünün fərdlərinin bir-birini görərək, itmədən bir yerdə qalması təmin edilər. Bu görüşə qarşı olanlar isə quşların gecələr də uçduqlarını, bu səbəblə öndəki quşu görmənin əhəmiyyətli olmadığını, onsuz da sürünü quşların qışqırışmalarının bir yerdə tutduğunu irəli sürürlər.
  • Kolibrilər hər 10 dəqiqədə bir yeyirlər. Hər gün onlar şəxsi çəkisindən iki dəfə daha çox nektar yeyirlər. Kolibrilər geriyə uçmağı bacaran tək quş növüdür.

 

Xüsusiyyətləri

Quşların bədəni baş, boyun, gövdə və ətraflara bölünmüşdür. Başda buynuz maddəsindən təşkil olunmuş üst və alt dimdik vardır. Quşlarda boyun hissənin daha hərəkətli olması ona ətrafı yaxşı görməyə və bədəninin istənilən hissəsində lələklərini təmizləməsinə imkan verir. Arxa ətraflarında üzəri pulcuqlarla örtülü olan pəncə lüləsi və əksəriyyətində caynaqlara malik 4 barmaq vardır.

Lələklərlə örtülmüş dərisi quru və vəzisizdir. Yeganə vəzisi büzdüm sümüyü üzərində yerləşən büzdüm (piy) vəzisidir. Quş dimdiyi ilə bu vəzini sıxır və yağlı mayeni lələklərinə sürtür, nəticədə onlar yumşaq və sukeçirməyən olur.

Bədən xaricdən kontur (biçim)lələkləri ilə örtülmüşdür. Kontur lələklərinin 3 növü-çalma, sükan və örtük lələkləri olur.

Cücələr, dəvəquşular, ördəklər və qağayılar kimi Precocial quşları da yumurtadan çıxan kimi hərəkət edirlər. Onların yumurta sarısı bayquşlar, ağacdələnlər kimi böyük olur və bu da onların yumurtada tam böyüməsinə imkan verir. Digər oxuyan quşlarda isə yumurtadan çıxan balaların bir müddət qayğıya ehtiyacı olur.

  • Quşların hava kisəsi onun bədən həcminin 20% -ni təşkil edir.
  • Quşlarda sidik kisəsi reduksiyaya uğramışdır. Bu da onların yüngül olmalarına kömək edir.
  • Quşların bədən temperaturu insanın bədən temperaturundan 7-8 dərəcə çox olur. Quşların bədən temperaturu təxminən 42- 43 dərəcəyə çatır
  • Quşlar nəfəs aldığı havanın dörddə üç hissəsini bədənlərini soyutmaq üçün sərf edirlər, çünki onlar tərləyə bilmirlər.
  • Sakit halda quşların ürəyi dəqiqədə 400 dəfə, uçan zaman isə dəqiqədə 1000 dəfə döyünür.

Yeni Zelandiyada kivi quşu dünyada qanadı olmayan yeganə quşdur.

Köçəri qaz və ördəklər miqrasiya edərkən V formasında uçurlar. Bu zaman hər bir quşun qanad çalması zamanı yaranan qaldırıcı qüvvə o birisinə kömək edir və beləliklə də onlar az enerji sərf etmiş olurlar.

Göyərçinlər saatda 100 mil sürətlə uçmağa qadirdirlər. Şahinlər və cüllütlər isə saatda 200 mil sürət ala bilirlər.

"Adam is homo", dəvəquşu və dront quşları isə ümumiyyətlə uça bilmir.

Birinci dünya müharibəsi zamanı Poçtalyon Cher Ami quşu gözlərini və ayaqlarını itirməsinə baxmayaraq məlumatı lazım olan yerə çatdıra bilmişdi. Onu Əla xidmət nişanı ilə təltif etmişdilər. Sonra onun ayaqlarını protez ayaqlarla əvəz etmişdilər.

Yeni Qvineyada yaşayan Papua pitohui quşu dünyada yeganə zəhərli quş hesab edilir. Zəhər onun lələklərində və dərisində olur.

Amerikanın ətyeyən hind quşu yeraltı benzin, qaz kəmərlərinin xarab olmuş yerlərini tapmağa kömək edir. Sızma olan yerlərdə yaranan iy leş iyinə oxşadığından onlar həmin yerə toplaşırlar və mühəndislər həmin yerdə kəmərin xarab olduğunu müəyyən edirlər.

 

Ekoloji qrupları

Quşlar müxtəlif ekoloji mühitlərdə yaşayırlar. Yaşama yerinə görə onlar 4 iri ekoloji qrupa bölünür: 1. Meşə və kolluq quşları; 2. Açıq quru sahə quşları; 3. Bataqlıq və sahil quşları; 4. Su quşları.

Qidanı tapmaq və tutmaq üçün hərəkət xüsusiyyətlərinə görə göstərilən ekoloji qruplar özləri də müxtəlif kiçik qruplara bölünür:

1. Meşə və kolluq quşları - 7 qrup:
• Ağac və kolların budağından yapışmaqla ovunu tutanlar.
• Ağaca dırmanmaqla ovunu tutanlar.
• Ov ardınca uçduqdan sonra yenidən əvvəlki yerə qayıdanlar.
• Tez - tez qanad çalmaqla ovunu havada tutanlar.
• Uçuş zamanı yavaş - yavaş aşağı enməklə ovunu tapıb tutanlar.
• Qaçmaq və addımlamaqla ovunu tutanlar.
• Tullanmaqla ovunu tutanlar.

2. Açıq quru sahə quşları - 5 qrup:
• Ovunu tutmaq üçün oturduğu hündür yerdən uçub yenə həmin yerə qayıdanlar.
• Tez - tez qanad çalmaqla ovunu havada tutanlar.
• Süzmə uçuşunun köməyi ilə ovunu tapıb tutanlar.
• Qaçmaq və addımlamaqla ovunu tutanlar.
• Tullanmaqla ovunu tutanlar.

3. Bataqlıq və sahil quşları - 3 qrup:
• Qaçmaq və addımlamaqla ovunu tutanlar.
• Üzməklə qidasını tutanlar.
• Bataqlıq bitkilərinə dırmanmaqla ovunu tutanlar.

4. Su quşları - 2 qrup:
• Ovunu uçmaqla havada və şığımaqla suda tutanlar, yaxud hava - su quşları.
• Qidasını üzmək və dalmaqla suda tutanlar, yaxud sudaüzən quşlar.

 

Arı yeyən quşların ağıllı taktikaları

Bəzi quşlar qeyri-mümkün olmasına baxmayaraq, daşı belə oya bilirlər. Möhkəm qayaları oyarkən istifadə etdikləri tək alətləri var: dimdikləri… Arı yeyən quş bu quşlardan biridir.Arı yeyən quş (meropidae) yuvasını qumdaşı uçurumlarının üstünə və ya çayın sahilindəki bərkimiş palçıqlara dimdiyilə davamlı şəkildə vurub oyuqlar açaraq qurur. Oyuq açma prosesinə 90-100 sm uzunluğunda dar tunel açana qədər davam edir. Yuvanın kənarlarını açmaq üçün inşaat vasitəsi kimi dimdiyindən istifadə edən arı yeyən quşun qısa və güclü pəncələri də qazma işinə kömək edir. Yuvanın içində toplanan torpağı pəncəsilə bayıra boşaldır. Arı yeyən quşların bəzi növləri 1000 və ya daha çox quşdan ibarət koloniyalar halında yaşayırlar. Elm adamları bu qədər çox yuvanın içində hər quşun öz yuvasını necə tapdığını açıqlaya bilmirlər.

Arı yeyən quşların maraqlı xüsusiyyətlərindən biri də həşərat ovlamaqda göstərdikləri peşəkarlıqlarıdır. Bu quşlar arılarla qidalanırlar. Bu olduqca təəccüblüdür, çünki digər quşlar üçün arı yemək öldürücü ola bilər. Ancaq arı yeyən quşlara arıların zəhəri təsir etmir. Çünki bu quşlar tutduqları arının qarnını əvvəlcə bir budağa sürtərək aşındırır, beləliklə, zəhəri havaya boşaldırlar.

Arı yeyən quşun digər bədən xüsusiyyətləri də həşəratları asanlıqla tutmalarına kömək edir. 4,5 sm uzunluğunda dimdiyi var. Bu uzunluq əhəmiyyətlidir, çünki əgər quşun dimdiyi daha qısa olsa, həşəratları tutmağa çalışarkən həşəratlar onu yaralaya bilər. Bundan əlavə, dimdiyinin çox iti uc hissəsi də ovunu sinə ilə qarın arasından tutmasına kömək edir. Bu sayədə arının zəhərini daha asan boşalda bilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR