Dərc edildi: Baxış sayı: 779
Qusarda meşəlik ərazidə ağacların kəsilməsi ilə bağlı - Rəsmi açıqlama
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qusar rayonu Qalacıq kəndində meşəlik ərazidə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.
Ens.az xəbər verir ki,bunu Oxu.Az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
O qeyd edib ki, sözügedən əraziyə keçirilən baxış zamanı ərazinin meşə fondu torpağı deyil, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu məlum olub.
“Təqsirkarın müəyyən olunması və barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Qusar rayon Polis İdarəsinə müraciət olunub”, - deyə Xidmət rəisi bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət