Slimfit
  1. AZƏRBAYCAN

"Quş qripi" ilə bağlı köçəri və ev quşlarından nümunələr götürülüb

"Quş qripi" ilə bağlı köçəri və ev quşlarından nümunələr götürülüb
Sakura

"Quş qripi" ilə bağlı köçəri və ev quşlarından nümunələr götürülüb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti “quş qripi” ilə bağlı monitorinqlərə start verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, monitorinqlər milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda keçirilir. Artıq Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Abşeron yarımadası, Neftçala, Oğuz və Şabran rayonlarında “quş qripi” xəstəliyinin müəyyənləşdirilməsi məqsədilə köçəri və ev quşlarından 148 qan və patoloji nümunələr götürüblər. Götürülmüş materiallar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

 

Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR