Quruyan Aral gölü meşəyə çevirilir
Özbəkistan hökuməti quruması Orta Asiya üçün fəlakət olan Aral gölünü meşəyə çevirməyi planlaşdırır. Belə ki, Hökumət gölün quruması səbəbindən pozulan ekoloji balansı ağac əkməklə qarşılamaq istəyir.
Böyüklüyünə görə dəniz də adlandırılan gölün artıq yarım milyon hektarına ağac əkilib. Amma daha üç milyon ərazi hələ də boşdur. Bu gedişlə, göl ətrafının tamamilə meşəyə çevrilməsi 150 il sonraya başa gələcək.
Xatırladaq ki, Aral dənizi 1960-cı ildə dünyada sahəsinə görə dördüncü göl sayılırdı. Son 40 ildə onun sahəsi iki dəfə azalıb, suyun həcmi 18 metr aşağı düşüb. Duzluluğun artdığına görə balıq ehtiyatları tamamilə tükənib. Güclü külək qumu sovurub hətta uzaq yaşayış məntəqələrinə tökür və beləcə ekoloji fəlakət zonası yaranır.
Mənbə: Seanews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət