Slimfit
  1. AZƏRBAYCAN

Qurumların ləğvi: Büdcənin yükü kəskin azalır - İqtisadçı

Qurumların ləğvi: Büdcənin yükü kəskin azalır - İqtisadçı
Sakura

Qurumların ləğvi: Büdcənin yükü kəskin azalır - İqtisadçı

Ləğv edilmiş qurumlarda xərcləmələr çox idi.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, məsələn, Bilik Fondunun illik təqribən 5 milyona yaxın büdcəsi var idi:

“Bu qurumların vahid büdcəsi yoxdur. Maddi-texniki bazasının yaradılması, həmçinin binaların saxlanılması, təmir-tikinti işləri və həmin qurumların hər hansı bir avadanlıqla təchizatı və s. məsələlərə ayrılıqda vəsait xərcləndiyi üçün ümumilikdə hesablamaq çətin olur. Burada maraqlı bir nüans da var. Belə ki, ləğv olunmuş qurumların əvəzinə yaradılacaq müəssisələrin ştat cədvəli və digər parametrləri də nəzərə alınmalıdır. Çünki bu dəyişikliklərin əsas fəlsəfəsi odur ki, bəzi sahələrdə paralellik aradan qaldırılır. Bəzi sahələr isə dövlət agentliyi olsa da, özünümaliyyələşdirməyə prinsipi ilə fəaliyyət göstərəcək".

N.Cəfərlinin sözlərinə görə, bu, büdcənin üzərinə düşən yükün daha da azalmasına səbəb olacaq:

"Hesab edirəm ki, burada əsas məsələ budur. Çünki yaradılan yeni qurumların böyük əksəriyyəti özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərməyə başlayacaq ki, bu da gələcəkdə büdcə yükünün xeyli dərəcədə azaldılmasına xidmət edəcək. Yeni yaradılmış və ya birləşdirilmiş qurumların maddi-texniki bazasının yaradılması və ştat cədvəlinin tərtib olunması üçün Nazirlər Kabineti 3 ay müddətində təkliflər verəcək. Əgər həmin qurumların əlavə vəsaitə ehtiyacı olacaqsa, bu zaman öncədən ayrılan vəsaitlə indikini tutuşduraraq son rəqəmlərə çatmaq mümkün olacaq. Hələlik görünən odur ki, dövlət büdcəsinə qənaət olunacaq".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR