Slimfit
  1. CƏMİYYƏT

Qurumlar və banklar fərdi məlumatlarınıza baxır - Vətəndaşların nəzərinə

Qurumlar və banklar fərdi məlumatlarınıza baxır - Vətəndaşların nəzərinə
Sakura

Qurumlar və banklar fərdi məlumatlarınıza baxır - Vətəndaşların nəzərinə

“İstənilən şəxs “MyGov”a daxil olub “Sorğulanmış məlumatlarım” bölməsini seçəndə görəcək ki, xeyli sayda dövlət və özəl qurum, banklar sizdən xəbərsiz fərdi məlumatlarınıza baxıb”.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri İKT üzrə ekspert Osman Gündüz bildirib.

Ekspert qeyd edib ki, burada hətta vətəndaş öz məlumatlarına baxanların uzun bir siyahısını görə bilər: “Banklarda olanların gecə-gündüz bilmədən, dövlət sistemlərində olan bu şəxsi məlumatları necə və nə üçün topladıqları məni təəccübləndirir. Hansı ki, vətəndaşın razılığı olmadan bu, qanunsuzdur.

Proses adətən belə baş verir: Qurumlar da, banklar da bilir ki, vətəndaşın hansısa razılığı olmadan bunu etmək qanunsuzdur və onu məhkəmə gözləyə bilər.

Odur ki, vətəndaş nə zamansa identifikasiya olunmadan, adi bir loginlə harasa daxil olub xidməti almaqla bağlı nəsə təsdiqləyəndə, qurumlar, banklar dərhal, vətəndaşın xəbəri olmadan da fərdi məlumatlarına baxmaq razılığı da alırlar”.

O.Gündüz vurğulayıb ki, bütün bunlar yolverilməzdir: “Proses bu qaydada uzun müddətdir davam edir. Bildiyim qədər bunun qarşısını almaq üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yeni bir mexanizm hazırlayıb.

Qurum bir neçə hökumət portalını özündə birləşdirən “Super Portal” və onun əsasında mobil “Rəqəmsal Cüzdan” da hazırlayır.

Hansı ki, burada vətəndaşın şəxsi kabineti nəzərdə tutulub və elə burada da, qurumlardan bildirişlər almaq, sorğulanmış məlumatlarına münasibət bildirmək imkanı yaradılıb.

Artıq vətəndaşın razılığı olmadan, hər hansı bank və ya qurum onun fərdi məlumatlarına baxa bilməyəcək”.

Yeri gəlmişkən, Super Portalda və Cüzdanda olan bir çox məlumatlar da artıq sadəcə məlumat deyil, data əsaslı "rəqəmsal sənəd" statusuna malik olacaq”.

Bir neçə il öncə Avropada fərdi məlumatların qorunması ilə bağlı yeni standartların hazırlandığını diqqətə çatdıran ekspert əlavə edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu standartlar əsasında "Fərdi məlumatlar haqqında" yeni qanun layihəsi hazırlayıb və hökumətə təqdim edib: “Hələlik isə bu yeni layihədən xəbər yoxdur”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR