Slimfit
  1. CƏMİYYƏT

Quru sərhədlərimizin bağlı qalması turizmə necə təsir edəcək?

Quru sərhədlərimizin bağlı qalması turizmə necə təsir edəcək?
Sakura

Quru sərhədlərimizin bağlı qalması turizmə necə təsir edəcək?

Məlum olduğu kimi, Azərbaycanın qonşu ölkələrlə quru sərhədləri bağlıdır. Quru sərhədlərin açılması həm xaricdə təhsil alanlar üçün, eyni zamanda biletlərin baha olması səbəbindən quru yolla gedib-gələnlər üçün əlverişlidir. Son günlər isə sosial şəbəkələrdə Azərbaycanın Gürcüstan və Türkiyə ilə quru sərhədlərinin mayın 1-dən açılacağı iddia edilir.

Qeyd edək ki, quru sərhədlərin bağlı olması turizmə təsir edən amillərdəndir. Xüsusən də, Azərbaycana gələn turistlərin təxminən 70 faizi Azərbaycanın quru sərhədi olan ölkələrdən gəlir.

Bəs, bu il üçün quru sərhədlərin bağlı olması turizmə necə təsir edəcək?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva bildirdi ki, ölkəmizdə quru sərhədlərin bağlı olması Nazirlər Kabineti yanında Operativ Qərargahın sanitariya və epidemioloji salamatlıq haqqında qərarına əsasən həyata keçirilir:

"Dövlətin bu sahədə əsas siyasəti əhalinin sağlamlığını prioritet etmək, epidemioloji salamatlığı təmin etməkdir. Əlbəttə ki, quru sərhədlərin açılması iqtisadi fəallığa öz müsbət təsirini mütləq surətdə göstərəcək. Turizm sənayesində canlanma yaranacaq və turist statistikasında öz sözünü deyəcək. Belə ki, 2019-cu ildə ölkəmizə üç milyondan çox xarici ziyarətçi gəlmişdir ki, onların da 58 faizi quru sərhədlərdən ölkəmizə daxil olmuşdular. 2022-ci ildə isə ölkəmizə 1 milyon 600 mindən çox xarici ziyarətçi gəlib. Bu, 2019-cu il rəqəmlərinin 50 faiz bərpa olunması deməkdir və onu da vurğulamaq lazımdır ki, 2022-ci ildə gələn xarici ziyarətçilər yalnız hava yolu ilə ölkəmizə daxil olmuşdular",-deyə G.Mustafayeva əlavə etdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR