Slimfit
  1. CƏMİYYƏT

Qurbanlıq qoyunların ən aşağ qiyməti 180 manatdır

Qurbanlıq qoyunların ən aşağ qiyməti 180 manatdır
Sakura

Qurbanlıq qoyunların ən aşağ qiyməti 180 manatdır

Azərbaycanda 12-13 avqust tarixində Qurban bayramı qeyd olunacaq. Hər il olduğu kimi, artıq indidən qurbanlıq qoyunlar Bakıya gətirilib, satılır. Qiymətlər isə ötən illə müqayisədə bir qədər bahadır.

Hazırda qurbanlıq qoyunlar daha çox Bakı kəndlərinə gedən yollarda satılır. Hələ ki, yarmarkalar fəaliyyətə başlamayıb. Lakin bayrama bir həftə qalmış Bakının müxtəlif yerlərində Qurban bayramı ilə əlaqədar yarmarkaların təşkil ediləcəyi gözlənilir.

Hazırda qurbanlıq ətin kiloqramı 14 manatdan hesablanaraq satılır. Qurbanlıq qoyunların satıldığı yerlərdə ən aşağı qiymətin180 manat olduğunu öyrənirik. Satıcılar bildirdilər ki, nisbətən yaşlı heyvanın əti ucuzdur. Lakin quzu ətinin kiloqramı 14 manatdan aşağı deyil.

Qurban bayramı ərəfəsində şəhərin müxtəlif yerlərində, yol kənarlarında heyvanlar kəsildiyi üçün ətraf ərazidə natəmizlik yaranır. Bu da sosial şəbəkələrdə Qurban bayramına qarşı çıxan kəsimin əlində arqumentə çevrilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR