Qurban Qurbanov: "Portuqaliya çempionatı bizim çempionatdan üstündür"
"Vacib qələbədir. Bəzən belə oyunlarda çox bəsit qollar buraxırsan. Lakin 5 qol vurub, 3 xal qazanmaq hamı üçün vacib idi. Rəqibə də uğurlar arzulayıram".
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIII turunda "Keşlə"ni 5:1hesabı ilə məğlub etdikləri oyunu şərh edərkın söyləyib.
46 yaşlı mütəxəssis daha sonra sualları cavablandırıb:
- İkinci hissədə qolların arda-arda gəlməsi nə ilə bağlıdır?
- İlk hissəyə də aqressiv başlamışdıq, qol imkanlarımız oldu. Fasilədən sonra alındı. Komandaya belə hesabların faydası olur.
- Bu gün "Sportinq"ə 1:6 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışdınız?
- Belə düşünmürəm. Avrokubok və çempionat oyunlarına fərqi yanaşmışam. Belə bir fikir ümumiyyətlə yox idi. Həqiqətən bizim üçün çox ağır məğlubiyyətdir və hələ də yaddan çıxmayıb.
- "Sportinq"ə 1:6 uduzub, "Keşlə"yə 5:1 hesabı ilə qalib gəldiniz. Bu, Avropa ilə Azərbaycan arasında uçurum deməkdir?
- Uçurum deməzdim, fərq böyükdür. "Sportinq" təcrübəsi olan, Avroliqada nəticə göstərən komandadır. Portuqaliya çempionatı da bizdən üstündür, bunu qəbul etməliyik.
- "Keşlə" ilə oyunun bir gün irəli çəkilmsəsi sırf AVRO-2020-nin püşkatmasında iştirakınızla bağlıdır?
- Sırf püşkatma ilə bağlı idi. Zaur Axundova zəng vurdum ki, Tərlan Əhmədovla məsləhətləşin, bir gün irəli çəkək. Sağ olsunlar, pozitiv yanaşdılar.
- AVRO-2020-nin püşkatmasında AFFA rəhbərliyi də təmsil olunurdu. Federasiya prezidenti ilə görüşüb, son oyunlardan danışdınız?
- Püşkatmadan əvvəl görüşdük, problemlərdən danışdıq. Zatən, futboldan danışmalıyıq, başqa mövzumuz yoxdur.
- AVRO-2020-nin seçmə mərhələsində hədəf neçə xal olacaq?
- Bizə hər nə qədər tanış ölkələr olsalar da, onlarla daha yaxından maraqlanmalıyıq. Sabit nəticə üçün öz oyununu yaxşılaşdırmalısan. Hər bir oyuna maksimum nəticə üçün çıxmağa çalışmalıyıq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət