Slimfit
  1. İDMAN

Qurban Qurbanov: Mənə ən çox evdə bu hesabla uduzmağımız təsir etdi

Qurban Qurbanov: Mənə ən çox evdə bu hesabla uduzmağımız təsir etdi
Sakura

UEFA Avropa Liqasının V turu çərçivəsində “Qarabağ” Bakıda Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşıb…

UEFA Avropa Liqasının V turu çərçivəsində “Qarabağ” Bakıda Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşıb və 1:6 hesabı ilə uduzub.

Oxu.Az xəbər verir ki, görüşdən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun haqqında fikirlərini bildirib:

“Çox üzücü məğlubiyyət aldıq. Bəlkə də ən yaxşı oyunlarını bizə qarşı keçirdilər. Biz bu gün rəqibdən zəif oynadıq. Oyunumuzdan razı qalmadım. Bu, bizim əsl gücümüzü göstərdi.

Bəli, mən Kosovo ilə oyundan sonra da bu cümləni işlətmişdim. İnkişaf etmək üçün gərək hər şeyə sıfırdan başlanılsın. Mənə ən çox təsir edəni evdə bu cür hesabla uduzmağımız oldu. Ümumiyyətlə, heç vaxt Bakıda məğlub olmağı sevməmişəm. 

Biz ancaq belə oyunlardan öyrənib, təcrübə toplaya bilərik. Belə qollar buraxmaq olmazdı.

Futbolçularımız şəhid ailəsi uşaqları ilə meydana çıxmağın məsuliyyətini dərk edirdi. Biz də istəməzdik ki, belə hesab qeydə alınsın”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR