Slimfit
  1. İDMAN

Qurban Qurbanov: "Bu, futbolçulara təzyiq yaradır"

Qurban Qurbanov: "Bu, futbolçulara təzyiq yaradır"
Sakura

Qurban Qurbanov: "Bu, futbolçulara təzyiq yaradır"

"Hazırlıq üçün çox vaxtımız olmadı. Bəzi oyunçular bizə gec qoşuldu. Riçard Almeyda dünən gəlib və bir məşq edib. Hamının oyuna qədər hazır olacağını və özünü yaxşı tərəfdən göstərəcəyini düşünürəm".
 
Fanat.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının III turunda Farer adaları ilə oyun üçün səfər ərəfəsində təşkil etdiyi mətbuat konfransında deyib.
 
Qurbanov "Yalnız qələbə: bu, təzyiqdi, yoxsa motivasiya?" sualına belə cavab verib: "Təzyiq var. Hamı qələbə gözləyir. Bu, futbolçulara təzyiq yaradır. Buna normal yanaşırıq. Məsuliyyət daha böyük olur. Bunu motivasiya kimi qəbul edirik".
 
Baş mşqçi Rüfət Dadaşovun uzun fasilədən sonra milliyə çağırılaması barədə danışıb: "Hamı özünü yaxşı tərəfdən göstərir. Problemimiz vaxtımızın çox az olmasıdı. Rüfət də komandaya gec qoşulanlardandı. Almeydandan bir məşq artıq edib. Onların gücünü tam bilmək üçün istədiyimiz məşqləri edə bilməmişik. Dadaşov yığmaya qayıtmasına şaddı. Şans verəcəyimiz təqdirdə özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. Dəfələrlə demişəm ki, heyətdə dəyişiklər ola bilər".
 
Qurban bəy Farer adalarına yolun uzun olmasının problem olduğunu bildirib: "Yolda 14 saat olmaq az deyil. Səfərdə iki təyyarədən istifadə edəcəyik. Hələ adaptasiyanı da keçmək lazımdı. Ən çətini oyundan sonra qayıtmaq olacaq. Ancaq başqa çıxış yolumuz yoxdu".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR