Slimfit
  1. İDMAN

Qurban Qurbanov 2 qırmızı vərəqə haqda

Qurban Qurbanov 2 qırmızı vərəqə haqda
Sakura

Qurban Qurbanov 2 qırmızı vərəqə haqda

"Əfsuslar olsun ki, uduzduq. Bu oyuna çox yaxşı hazırlaşmışdıq. İlk dəqiqələrdən hiss olunurdu ki, rəqib bizi analiz edib. Futbolçularımız bütün tapşırıqları düzgün yerinə yetirirdilər".

Ens.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Ayaks"a uduzduqları görüşdən (0:3) sonra deyib.

Mütəxəssis hakimin "Qarabağ"ı 2 qırmızı vərəqə və penalti ilə cəzalandırmasına toxunub: "Çox istəyərdik ki, 90 dəqiqə bu oyunu qoruyaq. Qırmızı vərəqələr oldu. Bəlkə də indi emosiyalarım başqadır. Ola bilər ki, nədəsə yanlışlığım var. Amma bu cür oyunlarda belə idarəetmə... Bilmirəm ki, belə qırmızı vərəqələr, penaltilər nə qədər düzgündür. Onsuz da 10 nəfərlə qalmışdıq. 

Olan oldu. Artıq gecdir. Lakin komandamdan, futbolçularımın cəsarətindən, diqqətindən xoşum gəldi. Bu komandaya qarşı müdafiə olunmaq istəmədik. Çalışdıq ki, pressinq edək. Bunu bacarırdıq. Futbolçularıma təşəkkür edirəm. Təəssüf ki, azarkeşlərimizi bu gün də sevindirə bilmədik. Amma inanıram ki, belə davam etsək, qarşıda daha yaxşı nəticə qazanacağıq". 

 

Q.Qurbanov Avroliqada ardıcıl 3 məğlubiyyətin futbolçulara psixoloji baxımdan necə təsir edəcəyindən də danışıb: "Böyük turnirlərdə belə məğlubiyyətlər qaçılmazdır. Əksinə, bəlkə də əlimizə şans düşüb ki, qarşıda ümumi futbol fəlsəfəmizi daha inamla, cəsarətlə yerinə yetirək. Çünki itirəcək bir şeyimiz qalmayacaq. Hər bir halda motivasiya lazımdır. Çalışacağıq ki, motivasiyamızı qoruyaq. Hər bir futbolçu böyük komandalara qarşı oynamaq üçün özündə iradə tapır. İnanıram ki, daha yaxşı oynaya biləcəyik". 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR