Slimfit
  1. AZƏRBAYCAN

Qurban bayramı mənəvi birlik rəmzidir

Qurban bayramı mənəvi birlik rəmzidir
Sakura

Qurban bayramı mənəvi birlik rəmzidir

Qurban bayramının əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. İnsanları halallığa, paklığa səsləyən Qurban bayramı mənəvi birlik rəmzidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin və Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Mənəvi birlik rəmzi - Qurban bayramı” mövzusunda keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə çıxış edən Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva bildirib ki, Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində bayram edilir.

Xalqımızın öz milli adət-ənənələrinə həmişə hörmətlə yanaşdığını, bütün dini mərasimləri, o cümlədən Qurban bayramını böyük sevinclə qeyd etdiyini vurğulayan Ə.Tağıyeva bu bayramın cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin təntənəsinə çevrildiyini diqqətə çatdırıb.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyev həmişə milli-mənəvi dəyərlərimizin formalaşmasına böyük önəm verib. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra dini bayramlar, o cümlədən Qurban bayramı böyük təntənə ilə qeyd olunur.

Şərəfə kənd məscidi dini icmasının sədri Sərdar Ağababayev, “ASAN xidmət”in “Könüllülər” Qrupunun üzvü Aydan Məmmədova, Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Ələddin Nəzərov və başqaları çıxışlarında Qurban bayramının insanlara həmrəylik, şəfqət və mərhəmət hisslərini aşıladığını diqqətə çatdırıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR