Dərc edildi: Baxış sayı: 955
Qurban bayramı ərəfəsində İranda qoyun əti bahalaşıb
Hər il Qurban bayramı ərəfəsində İran bazarında qoyun ətinin qiyməti bahalaşır.
Trend-in məlumatına görə, bunu İranın Qoyun Əti İstehsalçıları Birliyinin (Iran Sheepmeat Union) sədri Əli Əsğər Məleki bildirib.
Ə.Məlekinin sözlərinə görə, hazırda qoyun əti 930-940 min riala (rəsmi məzənnə ilə 22,1-22,3 dollar, qara bazar məzənnəsi ilə 7,88-7,96 dollar) mağazalara verilir və 1,03-1,05 milyon riala (rəsmi məzənnə ilə 24,5-25 dollar, qara bazar məzənnəsi ilə 8,72-8,89 dollar) istehlakçılara satılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət