Slimfit
  1. DİN

Quran – hidayət, həyat, izzət mənbəyi, ruzi-bərəkət vasitəsidir

Quran – hidayət, həyat, izzət mənbəyi, ruzi-bərəkət vasitəsidir
Sakura

Quran – hidayət, həyat, izzət mənbəyi, ruzi-bərəkət vasitəsidir

Qurani-Kərim tək kitabdır ki, maarifi başdan-başa haqdır. İnsanı hidayət və səadət yoluna istiqamətləndirər. Allah Quranın bu xüsusiyyəti haqqında buyurur: "Həqiqətən bu Qur'an (insan cəmiyyətini) ən möhkəm və sabit yola və dinə hidayət edir və həmişə yaxşı işlər görən möminlərə, onlar üçün (dünyada və axirətdə) böyük bir mükafat olması müjdəsini verir". ("İsra" 9).

Quranın bərəkətlərindən biri onun hidayət edən olmasıdır. Hidayət etdiyi yol da o yoldur ki, bəşəri səadət və kamala çatdırar. Hər bir aqil insan Quranı həyat düsturu qərar verməlidir. (Tebyan)

Allah Təala din maarifini mənəvi cəmiyyətin həyat mənbəyi adlandırır. İnsanları ona tərəf dəvət edir. "Ey iman gətirənlər, sizi, sizə həyat verən şeyə tərəf dəvət edən zaman Allahın və Onun Peyğəmbərinin çağırışını qəbul edin və bilin ki, Allah (hər bir təsir mənbəyindən təsir gücünü almağa tam qadir olduğu üçün) insan ilə onun qəlbi arasında (onun nəfsi ilə məhəbbət və nifrət, iman və küfr kimi sifətləri arasında) maneə olar (aralarında ayrılıq salar). Siz hamınız (axirətdə) Ona tərəf (Onun hüzuruna) toplanacaqsınız". ("Ənfal" 24).

Quranla insanların hekayəsi torpaqla yağışın hekayəsinə bənzəyir. Yer cansız və qurumuş olduğu halda Allah ona yağış yağdırır. Torpaq canlanır və cücərməyə başlayır. Bu yağışdan çaylar meydana gələr və torpağın üzərindən axmağa başlayar. Toxumlar cücərib bitkiyə çevrilər və üzərində güllər açar. Allah Təala canlılar və insanlar üçün lazım olan şeyləri üzə çıxardar. Quran da insanlarla bu cür edər.

Əmirəl-möminin (ə) buyurur: "Allah (Quran) vasitəsilə itaət əhlinə izzət verər".

İmam Səccad (ə) Allaha dua edən zaman buyurur: "(Allahım!). Quranı kəramət və izzətin ən ali dərəcəsinə çatmaq üçün vasitə qərar ver!".

Həzrət Peyğəmbər (s) Quranı tükənməyən xəzinə adlandırır. Hər kimin onunla əlaqəsi olar, maddi və mənəvi yoxsulluqdan nicat tapar. Həzrət (s) buyurur: "Quran elə bir sərvətdir ki, onun varlığı ilə yoxsulluq yoxdur. Onsuz qüdrət yoxdur".

İmam Əli (ə) buyurur: "Bilin ki, heç kəsə Qurandan (bəhrələnəndən) sonra yoxsulluq olmaz. Heç kəsə Qurandan əvvəl qüdrət olmaz".

Bütün bu bərəkətlər o zaman insanlara şamil olar ki, onlar Quran maarifinə üz tutarlar. Ona əməl edərlər. Lakin əgər Quranı sadəcə oxuyub, ona əməl edilməzsə, bu bərəkətlər nazil olmaz.

Quran çox sayda ayələrində özünü hidayətçi və yolgöstərən kimi tanıdır. "Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar (aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət mənbəyidir". ("Bəqərə" 2).

"O, Qur'anı sənin qəlbinə Allahın əmri (və ya əzəli iradəsi) ilə ondan qabaq olan (səmavi kitab)ların təsdiq edicisi və möminlər üçün hidayət və müjdə olaraq nazil edib".

Mənbə: Milli.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR