Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qulunc olma – çarəsi

Qulunc olma – çarəsi
Sakura

Qulunc olma – çarəsi

Yəqin ki, hamı başa düşər qulunc olma nə deməkdir və bəzi insanlar daha tez-tez qulunc olur və bundan əziyyət çəkirlər. Kimlər və niyə qulunc olurlar?

Daha çox oturaq həyat keçirənlər də (sürücülər, kompüter qarşısında çox oturanlar, ödündə daş olanlar, döş fəqərələrində yırtıq, sürüşmə və ya ostoxondroz (kirəclənmə) olanlar, daimi küləkli yerdə işləyənlər və s.) buna rast gəlmək mümkündür. Qulunc kürək əzələsinin həddindən artıq gərilib sərtləşməsidir, bu zaman güclü ağrı olur, kürək arası sahədə şişkinliklər olur, bu zaman həmin şişin üstünü kobud şəkildə əzmək olmaz, birdən-birə kobud masaj etmək olmaz. Bəs nə etməli? Məşhur islam həkimləri Əl Razi və İbni Sina belə bir resept söyləmişlər: qulunc olan zaman zeytun yağına batırılmış bezin içinə isti duz doldurun və quluncun üstünə qoyun. Həqiqətən mükəmməl reseptdir.

Keçək xalq təbabətinə:

- 1 ədəd apelsin və ya 2 ədəd limon qabığını qurudun, əzib toz edin, qarazirə yağı ilə qarışdırın, isti vəziyyətdə bez parçasını bu yağda isladın və quluncun üzərinə qoyun.
- Qoz böyüklükdə acırğa (rusca xren) kökünü, bir ədəd orta ölçüdə kartofu və kartof böyüklükdə qoyun quyruğunu ət maşınından keçirin, bir-birinə qarışdırıb yarım saat quluncun üstünə qoyun.
- Böyük bir kələmi 1 qat soyun, qaynamaqda olan suyun içində 2 dəqiqə qaynadın və isti vəziyyətdə quluncun üstünə qoyun, yun parça ilə üstünü örtün.
- Bəzən soyuqdəymə nəticəsində quluncolmalar baş verir. Bu zaman 4-5 stəkan tutan çaynikə 1 çay qaşığı kəklikotu, 1 çay qaşığı qara çay, 1 çay qaşığı məkkəgülü, 1 xörək qaşığı cökə çiçəyini qarışdırıb zoğal mürəbbəsi ilə bir dəfəyə yavaş-yavaş için, güclü tərləmə gələcəkdir, bundan sonra bədəndə və quluncda bir-bir yumşalma hiss edəcəksiniz.

Mənbə: saglamolun.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR