Slimfit
  1. İQTİSADİYYAT

Qulu Xəlilov: “ƏMDK vətəndaş müraciətlərini onlayn rejimdə qəbul edir”

Qulu Xəlilov: “ƏMDK vətəndaş müraciətlərini onlayn rejimdə qəbul edir”
Sakura

Qulu Xəlilov: “ƏMDK vətəndaş müraciətlərini onlayn rejimdə qəbul edir”

Koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkəmizdə xüsusi karantin rejimi elan etməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) əmlak idarəçiliyi sahəsində fəaliyyət göstərən qurumları da karantin rejimində fəaliyyətini davam etdirir.

Bunu “Report”a açıqlamasında Komitənin Mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirib.

Onun sözlərinə görə, bura həm daşınmaz əmlakın qeydiyyatı, həm də dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi ilə bağlı məsələlər aiddir: “Biz dəfələrlə bununla bağlı vətəndaşlarımız üçün məlumat yaymışıq. Eyni zamanda bir daha elan etmək istəyirik ki, artıq ƏMDK-nın daşınmaz əmlakın qeydiyyatı ilə məşğul olan ərazi qeydiyyat bölmələri də martın 29-dan xüsusi karantin rejiminə keçib. Burada əsasən məqsəd birbaşa ünsiyyətin azaldılması və xeyli vətəndaşın toplanmasının qarşısının alınmasıdır.”

Komitə rəsmisi bildirib ki, ilk növbədə, vətəndaşlara tövsiyə edilir ki, əmlakın qeydiyyatı və idarəedilməsi ilə bağlı əsasən qurumun https://e-emdk.gov.az/ elektron portalı vasitəsilə elektron şəkildə yararlansınlar: “Eyni zamanda Komitənin 193 və 1186 “Qaynar xətt” və “Çağır mərkəz”lərinə zəng etsinlər”.

Q.Xəlilovun sözlərinə görə, daşınmaz əmlakın təkrar qeydiyyatı onlayn qaydada həyata keçirilir: “Burada vətəndaşın bilavasitə müraciətinə ehtiyac yoxdur. Elektron çıxarışlar onlayn qaydada hazırlanır və vətəndaşın elektron hökumət portalındakı şəxsi kabinetinə yerləşdirilir. Əmlakın ilkin qeydiyyatı və digər əməliyyatlar zamanı da tövsiyə edərdik ki, elektron xidmətlər vasitəsilə və ya qurumun “qaynar xətt”inə müraciət etsinlər. Onlar müraciətlərini əsaslandıraraq daha sonra Komitənin qeydiyyat, özəlləşdirmə, istərsə də idarəetmə ilə bağlı bütün ərazi bölmələrinin xidməti əməkdaşlarının həm telefon nömrələrinə, həm də xidməti elektron ünvanlarına qurumun saytı vasitəsilə müraciət edə bilərlər. Əməkdaşlar bu müraciətləri dərhal qəbul edərək sənədləri ekspertiza edirlər və qanunvericiliyə uyğun olduğu halda sənədlər hazırlanır. Vətəndaş sənədlərini götürdükdə isə ona sənədlərin əsli təqdim edilir. Bununla da qurum birbaşa kontaktı tam olaraq minimuma endirmiş olur”.

Mətbuat xidmətinin rəhbəri deyir ki, digər tərəfdən, dövlət əmlakının idarə edilməsi və onun qorunub saxlanılması ilə bağlı xüsusi hesabatlar da onlayn formada https://e-emdk.gov.az/ portalı vasitəsilə elektron şəkildə təqdim edilir: “Təbii ki, burada da birbaşa təmas mümkün deyil. Ancaq bununla belə, dövlət müəssisələrində çalışan işçiləri nəzərə alaraq Komitə xüsusi hesabat formalarının qəbulu müddətini uzadıb. Əvvəl bu sənədlər aprelin 1-dək qəbul edilirdisə, artıq sənədlərin qəbulu müddəti mayın 1-nə qədər uzadılıb”.

Q.Xəlilov əlavə edib ki, Komitənin “qaynar xətti”nə yaşı 65-dən yuxarı olan və xüsusi risk qrupuna daxil olan vətəndaşlar da qeydiyyat üçün müraciət edikdə onlara xüsusi qaydada olaraq ünvanlarda xidmət göstərilir: “Komitənin işçiləri tam karantin qaydalarına uyğun olaraq, bütün ölçü cihazları ilə təmin edilib və tibbi müayinədən keçiblər”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR