Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Quliyev Turab Əlisafa oğlu

Quliyev Turab Əlisafa oğlu
Sakura

İkinci Qarabağ müharibəsi şəhidi

Quliyev Turab Əlisafa oğlu 10.03.1990-cı il tarixdə Hacıqabul rayonunun Xilə kəndində dünyaya göz açıb. Ailənin ilk oğul övladı olub. Sadə, zəhmətkeş ailədə böyüyüb. Orta təhsili bitirdikdən sonra, əsgərlik borcunu yerinə yetirib və xeyli müddətdən artıq hərbidə işləyib. Kəşfiyyat taborunda baş çavuş rütbəsində xidmət etmişdir. Oktyabrın 2-də Cəbrayıl rayonu uğrunda gedən döyüşlər də qəhrəmancasına şəhid olmuşdur. Turab vətənə, torpağına, millətinə bağlı bir oğul idi.Bunuda qeyd edək ki, Turaba şəhid olmuş ulu babasının adı verilib. O, bu adla hər zaman fəxr edib. Babası şəhid olan illərdə də Azərbaycan qələbə çalıb.

Turabdan bizə yadigar qalan isə bir yaşlı qızı oldu. Turabın dilindən:

Turab deyirmiş ki , mən də şəhid olacam və Azərbaycan qələbə çalacaq.

Orda olan əsgər yoldaşları deyir ki,Turab ölümün gözunə kişi kimi baxdı, ac, susuz döyuşdu. Görəndə ki ,dostu yaralanıb, onu xilas etmək üçün güllənin önünə atıldı. Dostu yaşayır və deyir ki, mənim Turaba can borcum var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR