Slimfit
  1. CƏMİYYƏT

Qulaqlıqlar təhlükəlidirmi? Dərmanlar eşitməyə zərər verə bilər? Qulaq və Eşitmə sağlamlığı haqqında hər şey!

Qulaqlıqlar təhlükəlidirmi? Dərmanlar eşitməyə zərər verə bilər? Qulaq və Eşitmə sağlamlığı haqqında hər şey!
Sakura

Qulaqlıqlar təhlükəlidirmi? Dərmanlar eşitməyə zərər verə bilər? Qulaq və Eşitmə sağlamlığı haqqında…

3 Mart Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığı günüdür.

Bu gün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2007-ci ildə təsis edilmiş və bu gündən bəri hər il ictimaiyyətə eşitmə problemlərinin yaranma səbəbləri və qarşısını alma yolları barədə məlumat vermək üçün qeyd olunur.

Eşitmə qabiliyyətinin itirilməsi əlilliyin dünyada ən geniş yayılmış formalarından biridir. Dünyada 360 milyondan artıq insan eşitmə qabiliyyətinin itirilməsi və pozulmasından əziyyət çəkir. 

 

Azərbaycanda da bu problem kifayət qədər geniş yayılıb. Xüsusilə qulaqcıqların sürətli şəkildə artması və insanlar tərəfindən yanlış istifadəsinin çoxalması nəticəsində ölkəmizdə qulaq və eşitmə problemləri əvvəlki illərə nisbətən artmaqdadır.

İnsanların diqqətini qulaq sağlamlığına və eşitmə problemlərinə çəkmək və maarifləndirmək məqsədilə keşbek sistemi UMICO və partnyoru Respublika Diaqnostika Mərkəzi birlikdə qulaq və eşitmə sağlamlığı ilə bağlı video material hazırlayıblar.

Videoda Respublika Diaqnostika Mərkəzinin Qulaq-burun-boğaz cərrahı Tural Hüseynov insanları maraqlandıran ən aktual sualları cavablandırıb.

Müsahibə şəklində olan videoda eşitmə problemlərinin ən əsas yaranma səbəbləri, uşaqlarda eşitmə probleminin təyin edilməsi, düzgün qulaqcıq seçilməsi, hansı xəstəliklər və dərmanlar eşitməyə zərərli ola bilər kimi suallara cavab verilib. 

Özünüzə və yaxınlarınıza qayğı göstərmək üçün videoya baxın,Umico və RDM isə sizə cansağlığı arzulayır!

 

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR