Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qulaq çöpünə nə çıxır? - Ləkəyə bax, xəstəliyini tanı

Qulaq çöpünə nə çıxır? - Ləkəyə bax, xəstəliyini tanı
Sakura

Qulaq çöpünə nə çıxır? - Ləkəyə bax, xəstəliyini tanı

Əgər qulaq çöpünün üzərində qan ləkəsi, sarı rəngli maye görürsüzsə bu, sizdə aşağıdakı problemlərin olduğuna işarədir.

Ens.Az medicina.az-a istinadən qulaqda yaranan problemləri tez zamanda müəyyən edə biləcəyiniz üsulları təqdim edir:

1. Qulaq çöpünün üzərində qan ləkəsi görürsüzsə...

Bu qulaqda iltihab prosesinin olduğuna işarədir. Qulaq çöplərini çox dərin nahiyyəyə qədər yeritmək olmaz. Əgər belə etmisizsə, qulaq pərdəsini zədələmisiz deməkdir. Hər iki halda yaxınlıqdakı tibb müəssisəsinə müraciət etməkdə fayda var.

2. Əgər qulaq çöpünün üzərində boz rəngli ləkə varsa...

Bu o qədər də riskli hal hesab edilmir. Toz yığıntısı ola bilər.

3. Tünd qonur rəngli ləkə olarsa...

Bu sizin çox gərginlik, stress keçirtdiyiniz üçün yaranır. Bəzən güclü stress nəticəsində qulaqdan çox az miqdarda qonur rəngli maye axa bilər. Amma bu, qulaq pərdəsinə olduqca zərər vurur. Çalışın əsəblərinizi cilovlayın.

4. Qara rəngli ləkə...

İlk dəfə rastlaşdığınız hal olarsa, keçmək olar. Yox əgər mütəmadi olaraq qulağınızı təmizləyərkən qara rəngli mayenin olduğunu görürsüzsə, bir müddət sonra bu sizə qaşınma, hətta allergiya da verə bilər. Çünki qulağınızda infeksiya var.

5. Qulaq çöpü ağappaqdırsa...

Qulaqda pərdəni müdafiə edən xüsusi selikli pərdə mövcuddur. Mümkün deyil ki, qulaq çöpünü qulağınıza saldığınız kimi çıxarasanız. Əgər heç bir ləkə belə yoxdursa, bu o deməkdir ki, sizin orqanizminiz zəruri vitaminlərlə təmin olunmur. Bu, özü də ciddi problemdir.

6. Qulaq çöpündən qoxu hiss edirsinizsə...

Bu halda birbaşa həkimə müraciət etməlisiz. Bu, qulağınızda irin toplandığına işarədir.

7. Quru çirk ovuntuları varsa...

Bədəninizdə yağ miqdarı normadan aşağıdır.

8. Maye halında axıntı varsa...

Bu ciddi xəstəliklərə işarədir. Dərhal həkimə müraciət edin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR