Slimfit
  1. BİOQRAFİYA

Qulaməli xan Qacar

Qulaməli xan Qacar
Sakura

Qulaməli xan Qacar - İrəvan xanı

Qulaməli xan Qacar — İrəvan xanı. 1783-cü il noyabrın 9-da Hüseynəli xan Qacar xəslələnərək vəfat etdi. Xanın vəsiyyətinə əsasən hakimiyyətə böyük oğlu, 15 yaşlı Qulaməli xan Qacar gəldi.

Hakimiyyəti

Knyaz Baqrationun İrəvan xanlığında Qulaməli xanın oturması ilə razılaşmasını İrəvan zadəganları birmənalı qiymətləndirərək elə güman etdilər ki, bu işdə II İraklinin əli vardır. Odur ki, yeni xana o qədər də etibar etmirdilər. Qulaməli xan atasının dəfni ilə məşğul olarkən yerli əyanlardan Usmi bəy tərəfdarları ilə üsyan qaldıraraq İrəvan qalasını ələ keçirdilər. Lakin mərhum Hüseynəli xanın keçmiş tərəfdarlarının da köməyi ilə yatırıldı.

Qulaməli xanın səkkiz aylıq hakimiyyəti İrəvan xanlığının ən ziddiyyətli dövrlərindəndir. Onun hakimiyyəti dövründə xanlıqda öz mövqeyini möhkəmləndirmək üçün Osmanlı dövləti ilə Rusiya qüvvələri arasında gizli mübarizə gedirdi. Qulaməli xanın çox gənc və təcrübəsiz olmasından istifadə edən bu iki dövlət İrəvan hakimini öz tərəfinə çəkməyə çalışırdı. Əgər Hüseynəli xan hər iki tərəf arasında bitərəf mövqe tuturdusa, Qulaməli xanın dövründə İrəvan xanlığı Osmanlı dövləti ilə daha da yaxınlaşdı. Xanın cavan və təcrübəsiz olmasını nəzərə alan bəzi Osmanlı paşaları II İraklinin İrəvanı ələ keçirəcəyindən narahat olaraq onunla sıx əlaqə saxlayırdılar.Atasının ölümü ilə əlaqədar olaraq başsalığına gəlmiş Ahalsıq, Ərzurum, Qars və Bəyazid paşalıqlarının nümayəndələri fürsətdən istifadə edərək Qulaməli xanla danışıqlar aparırdılar.

Qulaməli xan Çıldır valisi Salman paşaya yazdığı məktubda osmanlılarla həmrəy olduğunu bildirərək, Azərbaycanda baş verən hadisələr barədə ona qiymətli məlumat göndərmişdi. Məktubdan görünür ki, sultan Qulaməli xanı öz tərəfinə çəkmək üçün onu bəylərbəyi vəzifəsi ilə təltif etmiş, eyni zamanda Osmanlı paşalarına zəruri vaxtlarda ona hərtərəfli yardım göstərmələri haqqında əmr verilmişdi.Osmanlılarla əlqələrin yaxınlaşması səbəbindən Qulaməli xan II irakli ilə bağlanmış sülhə əməl etmir və müqavilənin şərtlərinə əməl etmirdi.

İrəvan xanlığına təcavüzün elə də asan olmadığını başa düşən II İrakli öncə diplomatik vasitələrlə əl atır. Lakin bunun ciddi nəticə vermədiyini görən Rusiya və gürcü çarı digər vasitələrə əl atır. Belə ki, 1784-cü ilin yayında Qulaməli xana sui-qəsd təşkil olunur və xan qətlə yetirilir. Qars mühafizi Mustafa paşanın məlumatına görə, "Yaranmış real təhlükə qarşısında İrəvan xanının Osmanlı dövləti ilə yaxınlaşması nəticəsində bölgədəki ruslar və onların müttəfiqi olan gürcü çarının hiylələri nəticəsində Qulaməli xan qətlə yetirildi".

 

Məktubları

Qulaməli xan Qacarın Əhməd xan Dünbiliyə məktubu

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR