Dərc edildi: Baxış sayı: 3760
Qul Nəsimi - Mən itirdim, mən araram, yar mənimdir, kimə nə
Mən itirdim, mən araram, yar mənimdir, kimə nə?
Gah gedərəm öz bağıma, gül dərərəm, kimə nə?
Gah gedərəm mədrəseyə, dərs oxuram haqq üçün,
Gah gedərəm meyxanəyə dəm çəkərəm, kimə nə?
Sofilər haram demişler bu eşqin şərabını
Mən doldurar, mən içərəm, şərab mənim, kimə nə?
Mən məlamət xirqəsini kəndim geydim eynimə
Arü namus şişəsini daşa çaldım, kimə nə?
Sofılər səcdə edərlər məscidin mehrabına
Yar eşiyi səcdəgahım, üz sürərəm kimə nə?
Gah çıxaram göy üzünə, hökmdaram kaf-bə-kaf
Gah enərəm yür üzünə, yar sevərəm, kimə nə?
Dedilər ki: Ya Nəsimi, yarın ilə xoşmusan?
Xoş olayım, olmayayım, yar mənimdir, kimə nə?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət