Slimfit
  1. TARİX

Qul kimi ölən sultan, sultan kimi ölən qul - Tarixi fakt

Qul kimi ölən sultan, sultan kimi ölən qul - Tarixi fakt
Sakura

Qul kimi ölən sultan, sultan kimi ölən qul - Tarixi fakt

 

Orta əsrlərdə Amudərya bölgəsi "Xarəzm", hökmdarları isə "Xarəzmşah" adlanırdı. XI əsrin sonlarına doğru bu bölgədə qurulan dövlətə də Xarəzmşahlar adı verildi.

Xarəzmşahlar dövləti Məhəmməd Xarəzmşah tərəfindən qurulub və Böyük Səlcuq dövlətini devirib.

Xarəzmşahlar sülaləsinin nəsli Səlcuq sultanı I Məlikşahın saray xidmətində olan Anuş Təkindən gəlir. Səlcuq dövlətinə bağlı olaraq mərkəzdən təyin edilən qubernatorlarla idarə olunan bu əyalət Anuş Təkin zamanında sərbəst yaşamağa başlamışdı. 1128-ci ildə Xarəzm qubernatoru olaraq təyin edilən Atsız dövründə yarı müstəqillik qazandı. 1141-ci ildə Böyük Səlcuq sultanı Əhməd Səncərin Katvan döyüşündə Quru Hıtay tərəfindən məğlubiyyətə uğradılmasından istifadə edən Atsız səlcuqlulara qarşı üsyana qalxdı və 1142-ci ildə Xorasana hücum edərək Mərv və Nişapuru işğal etdi.

1220-ci ildə bütün ölkə monqolların işğalına məruz qaldı və Xarəzm dövlətinin sonu yaxınlaşdı. Bundan sonra Orta Asiyada monqol işğalı başlandı. Ələddinin oğlu Cəlaləddin Xarəzmşah Əfqanıstanda monqollarla mübarizə apararaq cənuba çəkildi və Hind çayını keçərək Hindistana daxil oldu. Çingiz Xan monqol düzənliyinə döndükdən sonra Cəlaləddin İrana qayıdıb, İraqdan Azərbaycan bölgəsinə daxil olaraq 1225-ci ildə Atabəyliklərindən olan Eldənizliləri məğlub edərək Təbrizi işğal etdi.

Cəlaləddin Azərbaycandan hərəkət edərək Gürcüstanı işğal etdi, bununla da Cənubi Qafqazdan Şərqi Anadoluya qədər torpaqlarını genişləndirdi. Ancaq Cəlaləddinin Şərqi Anadolunun suverenliyi səbəbindən Anadolu səlcuqluları və Suriyanın hökmdarı Əyyubilərlə ziddiyyəti yarandı. Cəlaləddin Xarəzmşahlar dövlətini yenidən qurmaq istəsə də, müvəffəqiyyət qazana bilmədi. 1231-ci ildə kürd qiyamçılar tərəfindən öldürüldü. Ölümündən sonra Xarəzmşahlar dövləti tamamilə məhv oldu.

Cəlaləddin barədə maraqlı bir faktı Oxu.Az-a tarixçi-alim Əkbər Nəcəf təqdim edib:

"Xarəzmşah Cəlaləddinin ömrü savaşmaqla keçdi. Müvərrix Nəsəvi yazırdı: "Məğlub ölkəsindən sultan kimi ayrıldı və bir daha da geri dönə bilmədi". Hakimiyyətinin - əslində heç hakimiyyəti olmadı - həyatının son günlərində ruhən sarsılmışdı. "Ağlını qaçırmış, xarakteri parçalanmışdı".

Belə bir vaxtda sultanın Qılınc adlı bir qulu öldü. Cəlaləddin bu hadisəyə anormal reaksiya göstərdi. Bütün Təbriz xalqının qulun cənazə namazına toplanmasını əmr etdi. Həftələrlə yemək yemədi. Önünə gətirilən nemətləri "aparın bundan Qılınca da verin" deyirdi. Hətta sultanın özünə gəlməsini istəyən və qulun öldüyü ilə razılaşması gərəkdiyini bildirən cəsur bir əyanı Cəlaləddin qılıncla parça-parça etdi. Saraydakı xidmətçilər isə hər gün əllərində sinilər dolusu yeməklərlə qul Qılıncın boş otağına girib-çıxır, sultana ona yemək apardıqlarını deyirdilər

Qul Qılınc bir sultan kimi öldü və böyük bir ehtişamla dəfn edildi. Amma Xarəzmşahların son sultanı bir dağ kəndində qul kimi canını verdi. Meyiti isə aylar sonra tapılıb bir neçə insanın şahidliyi ilə qul Qılıncın yanına göndərildi..."

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR