Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

Qubanın təbiət gözəli - Afurca şəlaləsi turistlərin diqqət mərkəzində

Qubanın təbiət gözəli - Afurca şəlaləsi turistlərin diqqət mərkəzində
Sakura

Qubanın təbiət gözəli - Afurca şəlaləsi turistlərin diqqət mərkəzində

Quba rayonuna gələn turistlər daha çox Quba-Xınalıq və Quba-Afurca marşrutları üzrə səyahət edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba-Xınalıq marşrutu üzrə səyahət edənlər dünyanın ən yüksək yaşayış məntəqələrindən biri, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalıq kəndini, Qəçrəş meşələrini görmək imkanı qazanır. Quba-Afurca istiqamətində səfərə çıxanlar isə Qubanın təbiət gözəli Afurca şəlaləsinin əsrarəngiz mənzərəsinə tamaşa edirlər.

Quba Turizm İnformasiya Mərkəzindən bildirilib ki, son illər həm yerli həm də xarici turistlər arasında Afurca şəlaləsini görmək, ətrafında dincəlmək istəyənlərin sayı artıb. Xınalıq, Qəçrəş kəndləri ilə yanaşı Afurca şəlaləsi də turist sıxlığına görə ilk yerlərdə durur.

Afurca şəlaləsi Quba rayonunun cənubunda yerləşir. O, təbiətin yaratdığı ən gözəl abidələrdən biri hesab olunur. Təxminən 75 metr hündürlükdən axan şəlalə geoloji təbiət abidəsi kimi qeydə alınıb və dövlət tərəfindən mühafizə edilir.

Afurca kəndi rayon mərkəzinin 36 kilometrliyində, dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşir. Dağdan tökülən ağappaq şəlalənin gözəlliyinə tamaşa etmək və onun ətrafında dincəlmək üçün meşədən keçən 200 metr yolu qət etmək lazımdır.

Şimal bölgəsinin ən məşhur şəlaləsi olan Afurca Vəlvələ çayının Təngə dağından axan hissəsidir. Hər gün təbiətin bu gözəlliyinə tamaşa etmək üçün çox sayda yerli və xarici turistlər gəlir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR