Slimfit
  1. AZƏRBAYCAN

Qubalı məktəblilərə narkotiklərin və psixotrop maddələrin fəsadları barədə məlumat verilib

Qubalı məktəblilərə narkotiklərin və psixotrop maddələrin fəsadları barədə məlumat verilib
Sakura

Qubalı məktəblilərə narkotiklərin və psixotrop maddələrin fəsadları barədə məlumat verilib

Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın uğurla icra olunması bu təhlükəli təzahürlərin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edib. Gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi, genefondumuzun qorunması istiqamətində bundan sonra da məqsədyönlü addımlar atılacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər sentyabrın 28-də Qubada Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusundakı tədbirdə səsləndirilib.

Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyası üzvlərinin, ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin və X-XI sinif şagirdlərinin iştirak etdikləri tədbirdə narkomaniyanın acı fəsadlarından və mübarizə metodlarından bəhs olunub.

Dövlət Komissiyasının işçi qrupunun böyük referentləri Şahin İsmayılov və Raqif Allahverdiyev cəmiyyətin inkişafını ləngidən, insanların sağlamlığına və mənəviyyatına sarsıdıcı zərbə vuran narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən kompleks tədbirlərdən danışıblar. Bildirilib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və sair məsələlər xüsusi diqqət mərkəzindədir. Görülmüş kompleks tədbirlər nəticəsində 2018-ci ilin səkkiz ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 2 min 356 fakt aşkar edilib, 2 tondan çox müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə olunub.

Tədbirdə rayon polis və təhsil şöbələrinin əməkdaşları çıxış edərək narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, narkotiklərin istifadəsinin qarşısının alınması ilə bağlı psixo-pedaqoji xidmətin gücləndirilməsi, tədris proqramlarına bilavasitə bu məsələ ilə əlaqədar yeni mövzuların daxil edilməsi, şagirdlərlə söhbətlər, görüşlər, rəsm, inşa müsabiqələrindən və sair tədbirlərin əhəmiyyətindən danışıblar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR