Slimfit
  1. HƏRB

Qubadlının igid qəhrəmanı - Rahat uyu Komandir, tələbələrin tarix yazır!

Qubadlının igid qəhrəmanı - Rahat uyu Komandir, tələbələrin tarix yazır!
Sakura

Qubadlının igid qəhrəmanı - Rahat uyu Komandir, tələbələrin tarix yazır!

Qubadlı deyəndə ağlımıza Milli Qəhrəmanımız Əliyar Əliyev gəlir. O Əliyar Əliyev ki, bir Qubadlı sakini kimi könüllü olaraq milli ordu sıralarına qoşulmuşdu, özü kimi könüllülərdən ibarət batalyon yaradıb ona uğurla rəhbərlik etmişdi, Qubadlıda və digər rayonlarımızda bir sıra uğurlu əməliyyatlara qatılmışdı və nəhayət, bu torpaq uğrunda şəhid olmuşdu. Əməkdaşlarımız bu gün qonaq kimi onun ailəsınin sevincinə ortaq olublar.

Üzlərində təbəssüm, gözlərində sevinc var. Qubadlı uğrunda döyüşən və qubadlılılardan ibarət könüllü batalyonu yaradan Azərbaycanın Milli Qəhramanı Əliyar Əliyevin ailəsi bu gün ən xoşbəxt günlərdən birini yaşayır. Şəhid Milli Qəhrəmanımızın həyat yoldaşı Pəri Hüseynova deyir ki, Qubadlı şəhərinin və bir neçə kəndinin düşmən işğalından azad edilməsi xəbərini eşidən zaman sevincinin həddi-hüdudu olmayıb.

Pəri Hüseynova həm də ona görə sevinir ki, Əliyar Əliyevin qanı yerdə qalmadı. O deyir ki, sırf yoldaşının xətrinə Qubadlı tam azad olunduqdan sonra ömrünün sonuna kimi orada yaşayacaq.

Əliyar Əliyevin qızı Pərvanə Əliyevanın da üzündə 27 illik həsrətin bir xoşbəxtliyi hiss olunur. Atası şəhid olanda onun 8 yaşı olub. Ancaq hələ də atası ilə bağlı xatirələr onun yadından çıxmayıb.

Qeyd edək ki, Milli qəhrəman Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev 1992-ci il oktyabrın 3-də Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. 7 dekabr 1992-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə Əliyar Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

 Mənbə: xezerxeber.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR