Slimfit
  1. AZƏRBAYCAN

Qubadakı DAİM xidmətə başladı

Qubadakı DAİM xidmətə başladı
Sakura

Quba Dövlət Aqrar İnkişaf Mərkəzində media üçün təqdimat keçirilib

Quba Dövlət Aqrar İnkişaf Mərkəzində media üçün təqdimat keçirilib. 

Qafqazinfo”nun məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov bildirib ki, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaradılması fermerlərlə işi gücləndirməyə, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmağa imkan verəcək.

Quba Dövlət Aqrar İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə ümumilikdə, 68 növ xidmət göstərilir. Quba DAİM-in əməkdaşlarının sayı 53 nəfərdir. 

Vüqar Hüseynov qeyd edib ki, Quba DAİM-də bir laboratoriya və mərkəz fəaliyyət göstərir. Nazirlik rəsmisi bildirib ki, DAİM-in yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşməsini qeyd etmək olar

Təqdimat çərçivəsində media nümayəndələri Quba Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılmış şəraitlə tanış olub, fermerlərlə görüşüb, Quba Regional Aqrokimya Laboratoriyası və . Quba Regional Toxum Sertifikatlaşdırma Mərkəzində görülən işlərlə maraqlanıblar.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR