Slimfit
  1. CƏMİYYƏT

Qubad İbadoğlunun apellyasiya şikayətinə baxıldı - Qərar

Qubad İbadoğlunun apellyasiya şikayətinə baxıldı - Qərar
Sakura

Qubad İbadoğlunun apellyasiya şikayətinə baxıldı - Qərar

İyulun 23-də həbs edilən Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun apellyasiya şikayəti təmin edilməyib.

Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində qəbul edilib.

Xatırladaq ki, Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib. Saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsi barədə ifadə verib.

Həmin ifadə əsasında Qubad İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və o, saxlanılıb.

Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Siyasətçi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR