Quba-Xınalıq yolu bağlı olaraq qalır
Quba-Xınalıq yolunun güclü leysan və sel səbəbindən açılması hələ ki mümkün olmayıb.
Ens.az "Report"-a istinadən xəbər verir ki, rayonun Xınalıq kəndi və ətraf ərazilərinə dünən saat 17:00-dan yağan güclü leysan yağışları rayonla kəndi birləşdirən avtomobil yolunun bağlanmasına səbəb olub.
Quba Rayon İcra Hakimiyyəti başçısının Xınalıq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nəsimi Məmmədovun "Report"a verdiyi məlumata görə, yolun açılması üçün gətirilən texnikalar gün ərzində bir neçə dəfə yolu açmağa müvəffəq olsalar da, güclü leysan yağışların yaratdığı sel yenidən yolu bağlayır: "Yolda texnika və işçi heyəti işləyir.
Yolun tam açılması, yəqin ki, yağışdan sonra mümkün olacaq. Həmçinin Xınalıq kəndinə gələn içməli su borusunun Qudiyal çaydan keçən hissəsini sel suları zədələdiyindən kəndə içməli su gəlmir".
Qeyd edək ki, leysan yağışları rayonun Bostankeş və Qala-Xudat kəndlərində də evlərə, fərdi təsərrüfatlara və yol təsər-rüfatına ciddi ziyan vurub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət