Slimfit
  1. AZƏRBAYCAN

Quba və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstəriləcək

Quba və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstəriləcək
Sakura

Quba və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstəriləcək

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, silsilə tədbirlər çərçivəsində aprelin 6-da saat 10-dan 13-dək Bakı şəhəri 13 saylı vəkil bürosu tərəfindən Qubadakı Gənclər Mərkəzində ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardımın göstərilməsi nəzərdə tutulub.

Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar keçirilən tədbirlər respublikanın digər regionlarında da təşkil olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR