Quba məktəbində interaktiv sinif otağı istifadəyə verilib
Quba məktəblərinin birində şagirdləri “Samsung” tərəfindən yeni dərs ilinə xüsusi olaraq təqdim olunmuş interaktiv sinif otağı qarşılayıb.
Xeberler.az bildirir ki, “Technological Embrace” layihəsi çərçivəsində, “Nargis” Fondunun dəstəyi ilə ərsəyə gətirilmiş bu texnoloji otaq, Samsung şirkətinin məhsulları ilə təchiz olunub və şagirdlərin istifadəsinə təhvil verilib.
Qeyd edilən otaqda, buna misal olaraq, interaktiv lövhə və virtual reallıq kabinələri kimi bir çox innovativ məhsuldan istifadə edilib. Belə ki, xüsusi Flip Board lövhəsi, adi yazı taxtası kimi istifadə edilə bilir və üzərində smartfon və kompyuterdə qeyd edilən məlumatları əks etdirmək bacarığına malikdir. Flip Board - “böyük həcmli” planşeti xatırladaraq, touchscreen üzərindən işləyir və bir çox əlavə funksiyanı dəstəkləyir.
Sözü gedən virtual reallıq kabinələri isə şagirdlərə dinozavrlar dövrünə səyahət etməyə, vulkan püskürməsinə şahid olmağa və digər maraqlı simulyasiyaları öz gözləri ilə görməyə imkan yaradacaq. Stollarda yerləşdirilmiş planşetlər, rəqəmsal materialları öyrənməyə və təhsil prossesi zamanı kollektiv iş aparılmasının imkanını yaradırlar.
Həmçinin, şagirdlərin rahatlıqla tədris materiallarını mənimsəmələri və sənədli və maarifləndirici filmlərdən faydalanmaları üçün kabinet “Samsung” televizoru ilə təchiz olunub.
Qeyd edək ki, bu otaq sayəsində şagirdlər rəqəmsal texnologiyalar ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər. Texnoloji sinfin təntənəli açılış mərasimi Sentyabr ayının 16-da baş tutub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət