Qrizmann: 'Nəhayət “Barselona” ilə yollarımız birləşdi”
Fransalı futbolçu Antuan Qrizmann Madrid "Atletiko"sundan “Barselona”ya keçidini şərh edib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, futbolçu yeni komandada ona göstərilən etimadı doğruldacağını bildirib.
“Yeni çağırışı qəbul etmək vaxtı çatıb. Nəhayət bizim “Barselona” ilə yollarımız birləşdi. Mən komandanın köynəyi üçün sədaqətlə mübarizə aparacam”, - deyə Qrizmann “Mundo Deportivo”ya bildirib.
Kataloniya klubu bu transfer üçün madridlilərə 120 milyon avro ödəyib. Fransalı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Onun sərbəstqalma məbləği 800 milyon avro müəyyən olunub.
İyirmi səkkiz yaşlı Qrizmann 2014-cü ilin iyulundan "Atletiko"da çıxış edirdi. Hücumçu ötən mövsümdə 21 qol vurdu və klub səviyyəsində 10 məhsuldar ötürmə verib. Daha əvvəl o, "Real Sosedad"da çıxış edib. Qrizmann Fransa yığmasında 71 matç oynayıb və 29 qol vurub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət