Slimfit
  1. İDMAN

Qrizmann "Barselona"dan ayrılır? - Açıqlama

Qrizmann "Barselona"dan ayrılır? - Açıqlama
Sakura

Qrizmann "Barselona"dan ayrılır? - Açıqlama

"Barselona"nın futbolçusu Antuan Qrizmann komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Ens.Az qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu  Kataloniya klubundan getməyəcəyini və komandada xoşbəxt olduğunu deyib:

"Gələcəyim "Barselona"dadırmı? Bəli. Mənim barəmdə həqiqətə uyğun olmayan xəbərlər yayırlar. Bunu anlamıram. "Barselona"da çox xoşbəxtəm. Klubun və baş məşqçinin mənə güvəndiyini bilirəm. Hamımız üçün çox qarışıq bir mövsüm keçdi. Amma yeni mövsüm başlayır".

Qeyd edək ki, fransalı oyunçu La Liqa təmsilçisinə ötən il "Atletiko"dan keçib. Onunla "Çelsi" və "Nyukasl" yaxından maraqlanırdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR