Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qripin yayılmasının yeni üsulları aşkarlanıb - Virusoloqlardan XƏBƏRDARLIQ

Qripin yayılmasının yeni üsulları aşkarlanıb - Virusoloqlardan XƏBƏRDARLIQ
Sakura

Qripin yayılmasının yeni üsulları aşkarlanıb - Virusoloqlardan XƏBƏRDARLIQ

Viroloqlar qripin yayılmasının yeni yolunu müəyyənləşdiriblər.

Ens.az Aztibb.az-a istinadən xəbər verir ki, bu barədə Kaliforniya Universitetinin mütəxəssisləri araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki, bir adam qripə yalnız öskürülən, danışılan zaman havaya yayılan xırda damcılarla deyil, həmçinin adi viruslu toz hissəcikləri vasitəsilə də yoluxa bilər.

Belə ki, alimlər araşdırma zamanı bir neçə donuzu qripə qarşı peyvənd etdikdən sonra ətrafdan tamamilə təcrid olunmuş bir qəfəsə yerləşdiriblər. Qəfəsdəki hava dövranı sistemi filtrlərlə təchiz olunub.

Filtrlər havada hansı hissəciklərin meydana çıxdığını anlamağa imkan verib. Belə ki, heyvanlar hərəkət etməyə başladığı zaman havada çoxlu toz hissəcikləri və müxtəlif mikrofiberlərin qırıntıları görünüb.

Sonra donuzların dərilərinə qrip virusunun hissəcikləri olan məhlul sürtülüb.

Peyvəndləmə sayəsində donuzlar özləri qripə yoluxmasalar da, hərəkət zamanı onlar bu virusların hopduğu toz hissəciklərini ətraf mühitə yayıblar. Bu viruslu hissəciklər aktiv olaraq filtrlərə yerləşib. Filtrlər çıxarılaraq, peyvənd olunmayan donuzların yerləşdirildiyi qəfəsə qoyulub və bu donuzlar virusa yoluxub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR