Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qreypfrut kökəlməyə səbəb olmur və immuniteti gücləndirir

Qreypfrut kökəlməyə səbəb olmur və immuniteti gücləndirir
Sakura

Qreypfrut kökəlməyə səbəb olmur və immuniteti gücləndirir

 

Ilk dəfə qreypfrut XVIII əsrin axırlarında Barbados və Yamaykada aşkar olunsa da, tədqiqatçıların böyük əksəriyyəti onun şeddok və ya pompelmus adlı Asiya limonu ilə şirin portağalın təsadüfən hibridləşməsi nəticəsində yarandığını hesab edir. Bəzi mənbələrdə isə meyvənin vətəninin Çənubi Amerika və Hindistan olduğu göstərilir. Ölkəmizin iqlim şəraiti qreypfrut yetişdirmək üçün münasib deyil. Onu Türkiyənin cənub, cənub-qərb, şimal-şərq bölgələrində, xüsusən Anadoluda yetişdirirlər.

AZƏRTAC xəbər verir ki, qreypfrut hündürlüyü 6-7 metrə çatan ağacdırr. İngiliscədən adının üzüm meyvəsi kimi tərcümə olunması heç də təsadüfi deyil, çünki onun meyvələri ağacda iri salxımlar şəklində yetişir.

Bir ədəd qreypfrutun enerji dəyəri təxminən 50 kaloriyə bərabərdir, az kalorili olduğuna görə pəhriz qidası kimi hər gün yeyilməsi məsləhət görülür. Tərkibində bol miqdarda C vitamini olduquna görə orqanizmdə “qış xəstəliklərinə”, xüsusən də qrip və soyuqdəyməyə qarşı immuniteti gücləndirir. Yeməkdən əvvəl qəbul ediləndə iştahaaçıcı təsir göstərir, lakin orqanizmdə lipid və karbohidrat mübadilələrini sürətləndirdiyinə görə kökəlməyə səbəb olmur, əksinə yağların parçalanmasını sürətləndirir.

İnfeksion xəstəliklər zamanı xəstəyə verilməsi sağalmanı sürətləndirir. Qreypfrut həmçinin, həzmi və bağırsaqların fəaliyyətini tənzimləyir, qəbizliyi aradan qaldırır, fiziki və zehni yorğunluğu aradan qaldırır və orqanizmi gümrahlaşdırır. Meyvənin tərkibində olan bəzi maddələr şəkərli diabet xəstələri üçün əvəzolunmaz müalicə vasitəsidir.

Meyvədə olan qırmızı rəngli likopen adlı piqment təbiətdə rast gəlinən ən güclü antioksidantlardan biridir, orqanizmdə yaranan atipik hüceyrələri məhv edir və xərçəngin inkişafının qarşısını alır.

Meyvənin acıtəhər dadı var, ona acılıq verən maddələrin əsas hissəsi qabığına yaxın və arakəsmələrdə yerləşir. Ona görə də qreypfrutun qabıqlarını soyanda və ya şirəsini sıxıb içəndə acılıq demək olar ki, hiss edilmir. Qabığından alınan yağ C vitamini ilə zəngindir, qrip və soyuqdəymə zamanı qəbul olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR