Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qoz pərdəsinin orqanizmə inanılmaz faydaları

Qoz pərdəsinin orqanizmə inanılmaz faydaları
Sakura

Qoz pərdəsinin orqanizmə inanılmaz faydaları

Qoz ləpəsinin orqanizm üçün faydalı olduğu hamıya məlumdur. Amma az adam bilir ki, qozun qabığı, saplağı, yaşıl qabığı, eləcə də pərdəsi müalicəvi xüsusiyyətlərə malikdir. Xalq təbabətində qoz pərdəsini araqla qarışdıraraq ondan dərman kimi istifadə edirlər.

Bu vasitə radikulit, oynaq ağrılarının, baş ağrılarının müalicəsində effektiv təsir göstərir. Qoz pərdəsi yuxusuzluğa da kömək edir. Araqla qoz pərdəsi qarışığının antiseptik xüsusiyyətləri var, ona görə də onu tez-tez kiçik kəsik yaraları dezinfeksiya edilməsi üçün istifadə edirlər

İnqrediyentlər:

2 qoz pərdəsi

Araq (tibbi spirt də istifadə etmək olar)

Hazırlanması:

Qoz pərdələrini tünd rəngli şüşə bankaya tökün, sonra üzərini örtəcək qədər araq əlavə edin. Bankanın qapağını kip bağlayın və qaranlıq yerdə saxlayın. 14 gün ərzində qoz pərdəsinin dəm almasını gözləyin. 2 həftə sonra arağı süzmək lazımdır.

5-6 damcı cövhəri 2 xörək qaşığı qaynanmış su ilə qarışdırıb istifadə edib. Bu cövhərlə müalicə müddəti 3 həftədən 3 aya qədərdir.

Faydaları

Oynaq ağrılarına və radikulit ağrılarına üstən kompress qoyulur.

Şəkərli diabetə

Zoba

Yaddaşın zəifləməsinə

Baş ağrıları

Əsəb gərginlliyi

Uşaqlığın fibromioması

Mastopatiya

Zərərləri

Faydalı xassələrinə baxmayaraq, cövhər, psoriaz, mədə xorası, bağırsaq xəstəlikləri zamanı bu məhluldan istifadə zərərlidir.

Mənbə: Saqlamheyat.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR