Dərc edildi: Baxış sayı: 574
Qoyun başı kəsdiyinə görə barəsində cinayət işi açılan azərbaycanlı danışdı
Rusiyada ictimai yerdə qoyunun başını kəsdiyi üçün barəsində cinayət işi açılan azərbaycanlı məsələ ilə bağlı açıqlama verib.
Oxu.Az-ın verdiyi xəbərə görə, o bildirib ki, əslində, milli ənənəni icra edib:
“Bizim ənənəyə görə, bəy qonaqları qoyun ətinə qonaq etməlidir, mən Rusiyadakı qaydaları bildiyim üçün, ənənəni bir az pozdum, əvvəldən kəsilməsinə baxmayaraq, qoyunu orada kəsdiyimi düşündülər”, - deyə bəyin atası hadisəyə aydınlıq gətirib.
Xatırladaq ki, azərbaycanlıya oğluna toy edəndən sonra yaşayış binasının həyətində qurban kəsdiyi iddiası ilə cinayət işi açılıb.
Günel Murad
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət