Slimfit
  1. ƏDƏBİYYAT

Qövsi Təbrizi - Olur hərçənd can şirin, vəli canan yerin tutmaz

Qövsi Təbrizi - Olur hərçənd can şirin, vəli canan yerin tutmaz
Sakura

Qövsi Təbrizi - Olur hərçənd can şirin, vəli canan yerin tutmaz

Olur hǝrçǝnd can şirin, vǝli canan yerin tutmaz,
Bir-iki üç nǝfǝs bir ömri-cavidan yerin tutmaz. 

Mǝni bülbüllǝr ilǝ bir tutan bidǝrd bilmǝzmi –
Ki, yüz min bülhǝvǝs bir aşiqi-heyran yerin tutmaz. 

Meyi-gülgun, şǝbi-hicran nǝ keyfiyyǝt verir, saqi –
Ki, sǝnsiz çeşmeyi-heyvan bir ovuc qan yerin tutmaz. 

Əgǝr yüz min xiyaban şaxi-gül sǝbz olsa gülşǝndǝ,
Biri, ey bağiban, ol sǝrvi-xoşcövlan yerin tutmaz. 

Nǝ hasil möhnǝt artırmaq, nǝ lazım dǝrdi-sǝr çǝkmǝk,
Tǝbib, ol dǝrdi-bidǝrman mǝgǝr dǝrman yerin tutmaz. 

Könül hǝrçǝnd aliqǝdr olursa, mehrin ǝladır,
Sǝdǝf ğǝltan hǝm olsa, kövhǝri-ğǝltan yerin tutmaz. 

Sǝnǝ ǝrzani Qövsi ağız açmaq, gülmǝk, açılmaq –
Ki, yüz mǝrhǝm mǝnim zǝxmimdǝ bir peykan yerin tutmaz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR