Slimfit
  1. ƏDƏBİYYAT

Qövsi Təbrizi - İstərəm peyvəsta, ey əna dolanım başına

Qövsi Təbrizi - İstərəm peyvəsta, ey əna dolanım başına
Sakura

Qövsi Təbrizi - İstərəm peyvəsta, ey əna dolanım başına

İstǝrǝm peyvǝstǝ, ey rǝna dolanım başına,
Qoygilǝn ǝldǝn inanım, ta dolanım başına.

İstǝrǝm kim, gah qurban, gah bǝlagǝrdan olam,
Gah, ey sǝrvi-sǝhi-bala, dolanım başına.

Hanı ol bǝxtrǝsa kim, kakili-müşkin kimi,
Ya öpüm hǝrdǝm ayağın, ya dolanım başına.

Dutgilan bir yerdǝ sǝn, ey mǝrkǝzi-tǝmkin, qǝrar,
Ha dönüm pǝrgar tǝk, mǝn ha dolanım başına.

Çox yamandır etimad etmǝk bu gündǝn danlaya,
Ta hǝyatım var durum hala dolanım başına.

Ta ayaqdan salmamış saqi kimi sǝhba mǝni,
Saqinin yadilǝ, ey mina, dolanım başına.

Şǝm tǝk gǝr tǝrü pudum yandırırsan razıyam,
Bir zaman pǝrvanǝ tǝk amma dolanım başına.

Ömrlǝrdir itmişǝm, mǝn bilmǝnǝm kim, handayam,
Heç mǝni gördünmü, ey ǝnqa, dolanım başına.

Bir-birinin halını sormaq gǝrǝk divanǝlǝr,
Ver xǝbǝr Qövsidǝn ey sǝhra, dolanım başına

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR