Slimfit
  1. BİOQRAFİYA

Qövsi Təbrizi

Qövsi Təbrizi
Sakura

Qövsi Təbrizi - Azərbaycan şairi

Qövsi Təbrizi (Əbcəd yazısıyla: vəya Təbrizli Əlican Qövsi (Təbriz: 1568 - Təbriz: 1640) XVII yüzildə Azərbaycanın adlım, görkəmli şairlərindəndir. 

Azərbaycan Türkcəsində "Divan"ı bizə gəlib çatmış şair Təbriz şəhərində sənətkar ailəsində dünyaya göz açıb."Divan"ının iki nüsxəsi məlumdur: birincisi Britaniya muzeyində, ikincisi Gürcüstanın Dövlət muzeyində saxlanılır. 400-dən artıq qəzəl və başqa şeirlərindən oluşan "Divan"ı 1925 ilində Bakı'da yayımlandı (Yeni nəşri: Paşa Kərimov, Lider, 2005).

Füzuli ədəbi məktəbinin görkəmli davamçılarındandır. Lirik qəzəllərində mənəvi azadlıq, insanların arzu və istəkləri tərənnüm olunur. Bir sıra şairə, xüsusilə, Füzuliyə nəzirələr yazmışdır. Onun yaradıcılığı Azərbaycan şerinin inkişafında önəmli rol oynamışdır.

Qövsi, Mirza Tahir Vəhid Təbrizini öz şeirində mədh edibdir. Qövsi'nin yüksək bədii dəyər daşıyan Türkcə qəzəllərində ilk kəz olaraq yurd sevgisi, azadlıq duyğusu da işlənmiş, zamanəsindən və insanlardan şikayətlər edilmişdir

 

Qəzəlləri

Kimi can etdi, kimi könlünü dildarǝ fǝda
İstǝrǝm peyvǝstǝ, ey rǝna dolanım başına
Dostlar, könlüm diyarın etdi viran iztirab
Canǝ etdim dǝrdi-dil zǝbtindǝn, ey dildar, eşit!
Gǝtir saqi şǝrabi-nab, mütrib sazını saz et!
Olur hǝrçǝnd can şirin, vǝli canan yerin tutmaz
Onunçün mǝn sǝnǝ yalvarmanam kim, yalvaran çoxdür
Cismi-zanmdan mənim hicran nə istər bilmənəm
Dilim fəğan iləvü, didə qan ilən doludur
Həmişə şam kimi sərfi-piçü tab oldum
Bülbül mənim əfqanıma qatlanmadı uçdu
Məxı istəmənəm dərdimi cananə desinlər
Mən məst idim, ol məstlə axır belə düşdüm

 

Digər

Sən bilirsən
Səndən ötrü
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR