Qoşqar Təhməzli: "Enerji içkisi verilişə sponsorluq edə bilməz"
İdman verilişlərində enerji içkilərinin reklam edilməsi yolverilməzdir. Alkoqol və siqaretin efirdə reklamı qadağan olduğu kimi, enerji içkisi də verilişə sponsorluq edə bilməz.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.
"Bununla insan sağlamlığı üçün təhlükəli olan məhsulun təbliğinə şərait yaratmış oluruq. Bəzən dietoloqlar da insanlara yanlış və qeyri-sağlam pəhriz növləri təqdim edir. Sağlam qidalanmanın təşviqi ilə bağlı xüsusi layihəmiz olacaq. Əhaliyə sağlam qidalanmanın necə olması təqdim ediləcək. Müşahidə etdiklərimiz odur ki, əhalinin, xüsusilə də böyüməkdə olan gənc nəsil sağlam olmayan qidalara daha çox üstünlük verir", - o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət