Qoşqar Təhməzli: “Azərbaycanın heyvan mənşəli məhsullarının dünya bazarına çıxarılması imkanları artacaq”
"Yaxın 7 ildə Azərbaycanda heyvanların identifikasiyası proqramı həyata keçiriləcək".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
O, proqramın detallarını da açıqlayıb: "Proqramın həyata keçirilməsi nəticəsində həmin heyvanların respublika ərazisinə idxalı, həmçinin doğulma anından ölümünə qədər keçirdiyi xəstəliklər, aldığı dərman peraparatları, vaksinlər və. s prosesləri izləmək mümkün olacaq. Bu da bizə ölkə ərazisində heyvan sağıamlığını təmin etməyə imkan verəcək. Heyvan sağlamlığı təmin olunduqdan sonra Azərbaycanın heyvan mənşəli məhsullarının dünya bazarına çıxarılması imkanları artacaq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət