Slimfit
  1. PSİXOLOGİYA

Qorxunu necə silaha çevirə bilərsiniz?

Qorxunu necə silaha çevirə bilərsiniz?
Sakura

Qorxunu necə silaha çevirə bilərsiniz?

Siz də kiçik qutunun içərisində, görmək istədiklərinizdən, yaşamaq istədiklərinizdən, hiss etmək istədiklərinizdən uzaq bir yerdə, xəyalları xəyal olaraq qalmağa məhkum edərək yaşayırsınız? Addım atmağa qorxursunuz, cəmiyyətin qarmaqarışıq səslərilə iç səsinizi boğaraq. İçimizdən gələn səsləri susdurmaqla məhv oluruq. Biz, biz olmuruq, arzularımız olmadan. Qorxularımız böyük hasarlardır yolumuzda. Amma aşa bilərik, kimlər aşdı o hasarları. Kimlər qaçdı arzularının arxasından.

Psixologiyada “daxili qıcıq” deyə bir anlayış var. Bəzən heç bir səbəb olmadan içinizə bir həvəs gəlir və bu istək o qədər güclü olur ki, anidən gəlir və bir də geriyə baxanda bir qərarınızın bütün həyatınızı dəyişdirdiyini görürsünüz. Sadəcə bir an üçün əllərinizi işə bulaşdırmağı və bir çətinlik hiss etməyə ehtiyacınız olduğunu hiss edirsiniz. Bu dünya onu yaşayanlarındır. Başınıza bacardığınız qədər çox problemlər açın. Normal olan şeylər sıxıcıdır, yəqin mənimlə razısınız. Biraz qaçın, arada yıxılın, qoy qanasın diziniz. Hərdən qalxın ayağa, o yolda qarşınıza güllər, kəpənəklər də çıxacaq. O yolda sizə hər şey olar. O yol sizin yolunuzdur.

Əlinizdəkilərin qədrini ən çox bildiyiniz anlar onu itirmək təhlükəsi altında olduğunuzu bildiyiniz anlardır. Qorxu güclü hissdir. O sizə kimliyinizi və nə istədiyinizi yenidən xatırladır. Qorxu bəzən bizi qaçmağa məcbur edir. Bəzən öz əllərimizlə xəyallarımızı qorxuya hədiyyə edib qaçırıq. Qaçmayın, dostlar. Qorxu hissi güclü hissdir, qəbul edirəm. Amma, biz arzulara sahib olanlarıq. Biz daha güclüyük. Üzləşin qorxularınızla. Heç bir şey itirməyəcəksiniz. Etməyib peşman olduqlarınızdır sizi bədbəxt edən, edib peşman olduqlarınız deyil.

Yaşadığımız həyat o qədər qısadır ki, sonsuz arzularımız yarımçıq qalacaq. Sırf bu səbəbdən də, nə istədiklərinizi dəqiqləşdirin, ucuz həvəslərinizin böyük arzularınızı əvəzləməsinə izn verməyin. Buraxın böyük arzularınız xoşbəxt etsin sizi. Onsuz da itirəcəyimiz çox şey var bu dünyada. Qurban verdiklərinizə dəysin aldıqlarınız.

“The Secret Garden” kitabında belə bir ifadə keçir: “Bəzi insanlar qızılgüllərin tikanı olduğu üçün üzülür. Mən isə tikanların qızılgülü olduğu üçün xoşbəxtəm”. Arzularınız qızılgülləriniz, qorxularınız tikanlar olsun. Hər ikisini sevin. Sadəcə bircə dəfə verilir sizə bu şans. Yaxşı dəyərləndirin.

Sevinc Hüseynova

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR